BİR LİNK - BİR MƏKTƏB SON TƏLİM
Bakı şəhəri şəhid Zakir Bəhmanov adına 68 nömrəli tam orta məktəbin direktoru Nazəni Məmmədovanın Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI Qrant müsabiqəsində fərdi kateqoriya üzrə qalib olduğu ”Bir Link- Bir məktəb" Layihəsinin bağlanış mərasimi keçirilib. 3 ay ərzində keçirilən layihədə pedaqoji heyət tərəfindən yaradılan fənn resurs bazası və ümumi baza təqdim olunub.
Nazəni Məmmədovanın İnformator.az-a verdiyi məlumata görə, layihənin əsas məqsədi məktəbin pedoqoji üzvlərinin iştirakı ilə vahid resurs bazasının yaradılması və pedoqji heyət üzvləri arasında səmərəli kommunikasiyanın qurulması ilə tədrisin keyfiyyətini daha da yüksəltməkdən ibarət olub.





