Bir neçə göl qurudularaq ərazisi zəbt olunub...
"Bilirsiniz ki, Bakı və Abşeron yarımadasında 300-dən çox göl mövcuddur ki, bunlar da təbii olaraq sutoplayıcı funksiyalara malikdir. Amma 2014-cü illə 2025-ci illər arasında burada bəzən qeyri-qanuni və ya bəzən plansız genişlənmələr nəticəsində bir neçə göl qurudularaq ərazisi zəbt olunub, tikintilər aparılıb".
"İnformator.az" xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov yanvarın 12-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirədə deyib.
"Bu da öz növbəsində intensiv yağışlar yağdığı zaman həmin bölgələrin və bu ərazilərin subasmaya məruz qalmasını şərtləndirir", - o bildirib.
