00:00:00
Yazar
Admin User
02.05.2023 14:37 335 1 dəq oxuma
Maraqlı

Bir nəfəri öldürən, iki nəfəri yaralayan ayıya ölüm cəzası istənildi

Bir nəfəri öldürən, iki nəfəri yaralayan ayıya ölüm cəzası istənildi

İtaliyada ötən həftə Alp dağlarında bir qaçışçını öldürən ayının daha əvvəl də insanlara hücum etdiyini açıqlayıb.

 

İnformator.az Türkiyə mediasına istinadən xəbər verir ki, yerli hakimiyyət orqanları hücumdan sonra ayının evtanaziyasını tələb etsə də, məhkəmə qərarı qəbul etməyib.

 

26 yaşlı Andrea Papi Trentino-Alto Adige dağ silsiləsində qaçmağa gedib. O, geri qayıtmayınca ailəsi təşvişə düşüb və polisə məlumat verib. Axtarış qrupu bir gecədə Papinin meyitini tapıb.

 

Reuters xəbər verir ki, səlahiyyətlilər 2020-ci ildə eyni ərazinin yaxınlığında ayının ata və oğluna hücumunu dayandırmaq üçün müraciət etsə də, məhkəmə bu qərarı ləğv edib.

 

Reuters xəbər verir ki, prokurorlar keçən həftəki hücumdan sonra götürülmüş DNT nümunələrinin "JJ4" kimi tanınan 17 yaşlı dişi ayı ilə eyni olduğunu bildiriblər.

 

Gülay

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər