Bitki çayları: 5 manata da satilir, 30 manata da..
Bəzən içdiyimiz çayın nə dadı, nə də keyfiyyəti bizi qane edir. Bu zaman təbii çaylara üz tutmalı oluruq. Bu zaman əksər insanların seçimi sadə çaydan yana olur. Amma təbii çayların nar, çiyələkdən tutmuş manqoya qədər müxtəlif növləri var. İnformator.az Azərbaycanda satılan çayların növlərini və qiymətlərini təqdim edir...
Kimi sadə, kimi meyvəli, kimi də qarışıq sevir. Bəli, söhbət süfrələrin bəzəyi çaydan gedir. Adi yox, məhz təbii çayların müxtəlif çeşidlərini və qiymətlərini araşdırmaq üçün bazarlardan birinə üz tutduq.
Dünyanın ən keyfiyyətli çaylarının arasında Lənkəran çayı da var. Onun qiyməti digər çaylardan daha bahadır, 1 kilosu 30 manata satılır. Satıcılar deyir ki, bu çayın xüsusi alıcıları var.
Çeşidlərin fərqliliyinə görə çayın qiymətinə gəlincə bu şəkildədir:
Albalı 100 qr- 5 AZN
Portağal 100 qr- 5 AZN
1001 gecə 100 qr- 5 AZN
Çiyələk 100 qr- 4 AZN
Nar 100 qr- 4 AZN
Manqo 100 qr- 6 AZN
Yasəmən 100 qr- 3 AZN
Satıcılar bildirir ki, çeşid və qiymətlər kimi, alıcılar da fərqlənir. İstər yerli əhali, istərsə də turistlər təbii çaylara maraq göstərir.
Nəzrin Malik
