00:00:00
Yazar
Zəhra Həsənova
14.07.2026 17:04 22 2 dəq oxuma
Siyasət

“Bizi istəməyən qüvvələrlə mübarizəmiz daimi olacaq” - İlham Əliyev

“Bizi istəməyən qüvvələrlə mübarizəmiz daimi olacaq” - İlham Əliyev

Prezident İlham Əliyev Şuşada keçirilən IV Qlobal Media Forumunda çıxışı zamanı bildirib ki, dəyişən geosiyasi şəraitdə Azərbaycanı istəməyən qüvvələrlə mübarizə heç vaxt bitməyəcək. Dövlət başçısı vurğulayıb ki, bu mübarizə milli kimliyin, müstəqilliyin və dövlət maraqlarının qorunmasına xidmət edir. O, həmçinin milli ləyaqətin hər şeydən üstün olduğunu qeyd edərək, gələcək nəsillərin vətənə bağlı, iradəli və güclü ruhda yetişməsinin vacibliyini önə çəkib.

 

Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycanın öz torpaqlarını azad etməsi ölkənin müstəqilliyini və suverenliyini qorumaq əzmində olduğunu bir daha nümayiş etdirib:

 

“Azərbaycan heç bir ölkənin dövlətin istiqlaliyyətinə toxunmasına imkan verməyəcək, suverenliyi heç vaxt pozulmayacaq və ölkə hər zaman öz haqqı, eləcə də ədalət uğrunda mübarizə aparacaq. Müharibədən sonrakı dövrdə baş verən hadisələr, bəzi dövlətlərin Azərbaycana qarşı sərgilədiyi ədalətsiz mövqe və rəsmi Bakının buna verdiyi cavab ölkənin qətiyyətini ortaya qoyur. Bu, bir daha onu göstərir ki, Azərbaycan dünyada heç bir ölkədən qorxmur, heç bir dövlətdən çəkinmir. Biz öz gücümüz və qüvvəmiz hesabına onlara lazımi cavabı vermək və yerində oturtmaq qüdrətinə malikik. İndiyədək də müxtəlif vaxtlarda Azərbaycana qarşı təzyiq göstərmək istəyən dövlətlər olub, lakin onların hər biri layiqli cavabını alıb”.

 

Ekspert, hesab edir ki, Dövlət Partiyasının bu istiqamətdə səsləndirdiyi fikirlər tam yerinə düşür:

 

“Əlbəttə, bundan sonra da Azərbaycan onun gücünü qəbul etməyən, Azərbaycanla hesablaşmayan və ölkəyə qarşı xainlik edən qüvvələrə qarşı qəti tədbirlər həyata keçirəcək. Heç kəs bizi qorxuda bilməz. Azərbaycan öz torpaqlarını azad etmiş bir xalqdır və müasir dövrdə hər hansı dövlətin müharibədə tam qələbə qazanmasının olduqca çətin olduğunu qeyd edib. Azərbaycan qısa müddətdə tam qələbə əldə edib. Son 15-20 ildə dünyada belə bir uğura imza atan dövlət demək olar ki, olmayıb. Buna görə də, dünya xəritəsində heç bir dövlət Azərbaycanla diktə dilində danışa bilməz”.

 

Fatimə Hüseynli

#mübarizəmiz #istəməyən #qüvvələrlə #əliyev
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər