BMT-nin "kütləvi məzarlıq" bəyanatı küncə sıxıldı
İsrail Xarici İşlər Nazirliyi BMT-nin baş katibi Antonio Quterreşin Qəzza zolağında aşkarlanan kütləvi məzarlarla bağlı açıqlamasına reaksiya verib.
Nazirlikdən verilən açıqlamada bildirilir :
"Qeyri-sabit və gərgin bir şəraitdə nifrətin qızışdırılması və yalan xəbərlərin yayılması məsuliyyətsizlikdir."
Sözü gedən məzarlarda tapılan cəsədlərin fələstinlilər tərəfindən basdırıldığı iddia edilən açıqlamada belə qeyd edilib:
"İsrailli girovların cəsədlərini axtardıq, cəsədləri araşdırdıq və yerlərinə qaytardıq. Sizin yaydığınız müasir qan böhtanı tamamilə uydurmadır".
Digər tərəfdən Qəzzada Nasser xəstəxanasındakı kütləvi məzarlıqdan 310 nəfərin, Şifa xəstəxanasından isə 380-dən çox adamın cəsədi çıxarılıb.
İlahə Həsənova
