00:00:00
Yazar
Admin User
15.12.2015 05:46 497 2 dəq oxuma
Dünya

Bombardmanlar İŞİD-in neftdən gələn gəlirini artırıb

Sənədlərə görə, dekabr ayında neft istehsalı sentyabr ayından etibarən 40 min barrel artıb
Bombardmanlar İŞİD-in neftdən gələn gəlirini artırıb

İŞİD-in neft və qaz ticarətini həyata keçirən “Rekaiz Divanı” adlı qurumuna aid rəsmi sənədlər ortaya çıxıb.

İnformator xəbər verir ki, əl-Cəzirənin əldə etdiyi sənədlərə görə, təşkilatın 2014-cü il sentyabr və dekabr aylarına aid gəlir və xərclərinin olduğu sənəddə İŞİD hava hücumlarının başlamasından üç ay sonra əvvəlki dövrlə müqayisədə daha çox neft istehsal edib.  2015-ci il mayın doqquzunda xüsusi amerikalı hərbi komanda Suriyanın şərqindəki Deyr əz-Zorda İŞİD-in nəzarətindəki bir neft yatağına hücum edib. Həmin gün ABŞ İŞİD-in neft qaynaqlarını necə idarə etdiyi ilə bağlı əhəmiyyətli sənədlər əldə edib.

Əl-Cəzirənin etibarlı mənbələrdən əldə etdiyi sənədlər İŞİD-in neft işlərini həyata keçirən “Rekaiz Divanı” adlı quruma aiddir. Bu divan dünyanın ən varlı təşkilatı olan İŞİD-in neft, qaz və tarixi əsərlərin ticarətini idarə edir.

Əldə edilən sənədlərdə İŞİD-in nəzarətindəki Deyr əz-Zor əyalətinin 2014-cü ilin sentyabr və dekabr aylarına aid büdcələri var. Bu büdcələrdə aylıq istehsal edilən barrel sayı və əldə edilən gəlir göstərilib. Eyni zamanda həmin aylarda terror qruplaşmasının xərcləri də əks edilib.

İŞİD bu sənədlərə görə, Haseke, Deyr əz-Zor və Rakkada əlində olan 18 neft quyusundan aylıq 1,5 milyon barreldən daha çox neft istehsal edib. Bu nefti sataraq təşkilat ayda 60 milyon dollarlıq gəlir əldə edir.

Təşkilatın gəlirinin yarısı  Deyr əz-Zorda olan 9 əsas neft quyusundan gəlir və buradan aylıq 34 milyon dollarlıq gəlir əldə edilir.

2014-cü ilin sentyabrında ABŞ-ın rəhbərlik etdiyi  koalisiya təyyarələri İŞİD-ə qarşı əməliyyata başlayıb və Suriyadakı mövqelərini bombalayıb. Ancaq əldə edilən sənədlərə görə, bu bombardman çox az təsir yaradıb. Bu əməliyyatın başlamasından 3 ay sonra yəni 2014-cü ilin dekabrında İŞİD daha çox neft istehsal etdi.

Sənədlərə görə, dekabr ayında neft istehsalı sentyabr ayından etibarən 40 min barrel artıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər