BÖRNHEM-TRAMP GÖRÜŞÜ - XARİCİ EKSPERT AÇIQLAYIR
Böyük Britaniyanın baş naziri ABŞ Prezidenti ilə ilk dəfə üz üzə görüşəcək. Təmasın Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində baş tutacağı gözlənilir. Danışıqlar zamanı Ukraynadakı vəziyyət, Yaxın Şərqdə cərəyan edən proseslər və enerji məsələlərinin müzakirəsi nəzərdə tutulub.
Mövzu ilə bağlı xarici siyasi ekspert David Maddox bildirib ki, Donald Tramp bu görüşlərdə çox fəaldır:
"Börnhem bu danışıqların ictimaiyyətdən kənar saxlanılmasını istəyir. O, uğurlu nəticə əldə etməyə fokuslanıb. Fikrimcə, Tramp buna icazə verməyəcək. Kir Starmerdən fərqli olaraq, Börnhem qarşılıqlı münasibətlərdə daha uğurludur. Hətta Amerika lideri onu "sevimli" də adlandırıb".