00:00:00
Yazar
Admin User
29.09.2025 09:01 132 2 dəq oxuma
Sosial

Boş vədlər: Qiymət artır, keyfiyyət düşür

Boş vədlər: Qiymət artır, keyfiyyət düşür

Oktyabrın 1-dən metro və müasir avtobus marşrutlarında bir gediş haqqı 60 qəpik olacaq. Qərar Dövlət Proqramı çərçivəsində nəqliyyat infrastrukturunun yenilənməsi, yeni avtobus və metro vaqonlarının alınması, ekoloji təmiz nəqliyyat vasitələrinin tətbiqi və xidmət keyfiyyətinin artırılması məqsədilə qəbul edilib.

 

 

Mövzu ilə bağlı Nəqliyyat Eksperti Eldəniz Cəfərov "İnformator.az"a açıqlamasında bildirib ki, qiymət dəyişikliyi köhnə avtobuslara şamil edilməyəcək:

 

 

"Qərarda bir məqama xüsusi diqqət yetirilməlidir. Qeyd olunur ki, qiymət dəyişikliyi köhnə avtobuslara şamil edilməyəcək. Yəni bu gün xidmət keyfiyyəti aşağı olan, standartlara cavab verməyən daşıyıcı şirkətlərin avtobuslarında gediş haqqı olduğu kimi qalacaq. Əvəzində, müasir tələblərə və standartlara cavab verən, ekoloji baxımdan təmiz, sıxılmış qazla və ya elektriklə işləyən avtobuslar, həmçinin kartla ödəniş sistemləri olan yeni nəqliyyat vasitələrində gediş haqqı 60 qəpik olacaq. Bu günə qədər daşıyıcı şirkətlər tez-tez şikayət ediblər ki, bir sərnişini 50 qəpiyə daşımaq sərfəli deyil, xərclər çoxdur və minimum gediş haqqı 1 manat olmalıdır. Hətta ötən ay bu barədə xəbərlər də yayılıb. Lakin yenə də yeni avtobuslarda gediş haqqı 60 qəpik olaraq müəyyənləşdirilib. Əgər qiymət artımı baş veribsə, bundan sonra ictimai nəqliyyatda keyfiyyət daha yüksək səviyyədə təmin olunmalıdır. Daşıyıcı şirkətlər sərnişinlərin təhlükəsiz, rahat və vaxtında daşınmasını təmin etməlidir. Bundan əlavə, "Brutto müqavilə" sistemi də tətbiq oluna bilər. Bu sistem çərçivəsində gediş haqları differensiallaşdırıla, bəzi sosial qruplara güzəştli tariflər təqdim oluna bilər. Həmçinin gündəlik ödənişlə yanaşı, həftəlik və aylıq gediş haqqı paketləri də təklif olunmalıdır".

 

 

Səmayə Səftərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər