00:00:00
Yazar
Səadət Əlizadə
01.10.2026 20:51 58 2 dəq oxuma
Siyasət

Böyük Britaniyanın Aİ-yə yenidən qoşulması nəzərdən keçirilə bilər

Böyük Britaniyanın Aİ-yə yenidən qoşulması nəzərdən keçirilə bilər

Böyük Britaniyanın Baş naziri Endi Börnhem ölkənin gələcəkdə Avropa İttifaqına (Aİ) yenidən qoşulmasının mümkün variantlardan biri olduğunu bildirib. O, “Brexit”in ölkəyə faydadan çox zərər verdiyini deyərək Aİ ilə münasibətlərin yaxşılaşdırılmasının vacibliyini vurğulayıb. Hökumət ölkənin Avropa İttifaqı ilə gələcək münasibətləri üzrə müxtəlif variantları nəzərdən keçirəcək.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında iqtisadçı Emin Qəribli bildirib ki, Böyük Britaniyanın Aİ-yə qayıtması və “Brexit” məsələsi ilə bağlı bir neçə il əvvəl publisistik məqalə yazıb. Onun sözlərinə görə, Böyük Britaniyanın Aİ-dən çıxması müəyyən məqsədlərə xidmət edən bir addım olub:

 

“Uzun müddət Böyük Britaniyanın valyutası möhkəmlənmişdi. Bu isə iqtisadi artıma və ixracata müəyyən maneələr yaradırdı. Tarixdə olduğu kimi, bu dəfə də Böyük Britaniya çıxıb. Mən o zaman da hesab edirdim, indi də hesab edirəm ki, bu, bir şou idi”.


Müsahib əlavə olaraq qeyd edib ki, Böyük Britaniyanın Aİ-dən tam çıxışının bir neçə il, hətta 5-6 il çəkə biləcəyi ilə bağlı müxtəlif mülahizələr var:

 

“Tutaq ki, Avropa büdcəsindən, Gömrük İttifaqından, azad ticarət zonasından çıxmaq məsələləri var. Yəni bu, faktiki olaraq tam çıxmaq demək deyildi. Şərti olaraq, onsuz da bu, çıxış idi, amma bəzi əsas məsələlər hələ də qalıb. Mənə elə gəlir ki, Böyük Britaniya çox güman ki, yenidən bu birliyə qayıdacaq”.

 


Aysu Abbasova

#azərbaycan #gündəm #bilər #ai̇-yə #britaniyanın
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər