00:00:00
Yazar
Səadət Əlizadə
08.10.2026 21:26 26 1 dəq oxuma
Siyasət

Brnodakı ekspozisiya Azərbaycanın mina təhlükəsinə diqqət çəkir

Brnodakı ekspozisiya Azərbaycanın mina təhlükəsinə diqqət çəkir

Ekspozisiyada mina partlayışlarından zərər çəkən azərbaycanlıların həyat hekayələri və minaların ağır nəticələrini əks etdirən fotolar nümayiş etdirilir.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlama verən politoloq Züriyə Qarayeva bildirib ki, Azərbaycanın mina problemini beynəlxalq ictimaiyyətə çatdırır:

 

"Brnoda keçirilən ekspozisiya Azərbaycanın üzləşdiyi mina təhlükəsinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından əhəmiyyətlidir. Mina partlayışlarından zərər çəkmiş insanların həyat hekayələri və fotoları problemin arxasında real insan faciələrinin dayandığını göstərir. Belə tədbirlər Avropa ictimaiyyətinin və beynəlxalq təşkilatların diqqətini mina probleminə yönəldir".

 

Onun sözlərinə görə, Xəritələrin təqdim edilməməsi minatəmizləmə və insanların təhlükəsiz qayıdışını çətinləşdirir:

 

"Mina xəritələrinin tam və dəqiq təqdim edilməməsi minatəmizləmə işlərini çətinləşdirir və insanların doğma torpaqlarına təhlükəsiz qayıdışını ləngidir. Bu vəziyyət həm yaşayış məntəqələrinin bərpasına, həm kənd təsərrüfatına, həm də infrastruktur layihələrinə maneələr yaradır. Mina təhlükəsi müharibədən sonra da ciddi humanitar problem olaraq qalır".

 

Sonda politoloq bildirib ki, Beynəlxalq əməkdaşlığı artıraraq mina probleminin həllinə kömək edə bilər:

 

"Minasız dünya” təşəbbüsü mina probleminin beynəlxalq səviyyədə diqqətdə saxlanmasına və ölkələr arasında əməkdaşlığın genişlənməsinə kömək edə bilər. Minatəmizləmə üçün maliyyə və texniki dəstəyin artırılması, müasir texnologiyalardan istifadə və mina qurbanlarının reabilitasiyasına diqqətin gücləndirilməsi problemin həllinə töhfə verə bilər".

 

Fatimə İbrahimova

#azərbaycan #xəbər #baki #azərbaycanın
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər