Bəşər Əsəd İrana gedir? – Açıqlama
İranın xəbər agentliyi İSNA adını açıqlamadığı etibarlı mənbələrə istinadən Suriya prezidenti Bəşər Əsədin İrana səfər edəcəyinin yalan olduğunu deyib
İranın xəbər agentliyi İSNA adını açıqlamadığı etibarlı mənbələrə istinadən Suriya prezidenti Bəşər Əsədin İrana səfər edəcəyinin yalan olduğunu deyib.
İnformator agentliyə istinadən xəbər verir ki, İranda bəzi xəbər agentlikləri Suriyada daxili müharibənin başlandığı 2011-ci ildən bu günə qədər Əsədin ilk səfərini Rusiyaya etdikdən sonra, bu ayın sonunda İrana səfərə gedəcəyini bildirib.
Suriya tərəfindən təsdiqlənməyən bu iddia ilə bağlı İranın xəbər agentliyi İSNA adını açıqlamadığı mənbəyə istinad edərək “Əsədin İrana səfər etməsinin gündəmdə olmadığını” yazıb.
Agentlik eyni zamanda məsələ ilə bağlı verdiyi açıqlamada bildirir ki, Əsəd İrana gələrsə Moskva səfərində olduğu kimi bu, ziyarətdən sonra açıqlanacaq.
