00:00:00
Yazar
Admin User
18.12.2022 06:40 517 2 dəq oxuma
Siyasət

"Bu, Azərbaycan ictimaiyyətinin tam haqlı narazılığıdır!"-Vüsalə Qələndərli

"Bu, Azərbaycan ictimaiyyətinin tam haqlı narazılığıdır!"-Vüsalə Qələndərli
 
Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri  və azərbaycanlı aktivistlər tərəfindən Şuşada Rusiya sülhməramlılarının  müvəqqəti yerləşdirildiyi postun yaxınlığında  keçirilən etiraz aksiyası  bir həftədir davam edir.
Aksiyaın başlanmasının səbəbi azərbaycanlı mütəxəssislərin yataqların qeyri-qanuni istismarı ilə bağlı monitorinq aparmaq üçün Rusiya sülhməramlılarının   onları əraziyə buraxlmamaları olub. Bu aksiya Azərbaycan ərazilərində həyata keçirilən qanunsuz iqtisadi fəaliyyətlə, respublikamızın təbii sərvətlərinin talanması, ekologiyaya dəyən zərərlə bağlıdır.
Bu sözləri AFİA.AZ-a İstedadları tanıyaq və tanıdaq İB-nin sədri Vüsalə Sadıqova (Qələndərli) bildirib.
"Ölkəmizin təbii sərvətlərinin talanması, ekologiyaya dəyən zərərə göz yuma bilmərik. Bu gün aksiyada yüzlərlə azərbaycanlı iştirak edir. Aksiyada iştirak etmək istəyənlərin sayı isə hazırda burda olanların sayından qat-qat çoxdur.
Azərbaycan dövlətinin və aksiya keçirən fəalların dinc erməni əhalisi ilə heç bir problemi yoxdur. Şuşa ərazisində Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. Bu bizim Haqq işimizdir. Bu, Azərbaycan ictimaiyyətinin tam haqlı narazılığıdır və hər kəs bundan nəticə çıxarmalıdır.
Gözəl Şuşamızda haqq səsimizi həm şüarlarımızla, həm musiqilərimizlə, ən əsası birliyimizlə ucaltmağa davam edirik.
"Azərbaycan oyaqdı, sərvətinə dayaqdı!" "Ekoloji cinayətə son! ", "Save nature, not your pockets!", "Save nature, save yourself!",  "Стоп экоцид!" -Şüarları ilə aksiyamız hələ də davam edir. Haqlı olaraq başlatdığımız aksiya tələblərimiz yerinə yetirilənə qədər davam edəcək"-deyə QHT sədri əlavə edib.



 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər