00:00:00
Yazar
Mayıl Soltan
21.02.2026 02:18 81 2 dəq oxuma
Köşə Özəl

"Bu dil bizim ruhumuz, eşqimiz, canımızdır" - 21 Fevral Beynəlxalq Ana dili Günüdür

"Bu dil bizim ruhumuz, eşqimiz, canımızdır" - 21 Fevral Beynəlxalq Ana dili Günüdür

Görkəmli yazıçı Cəlil Məmmədquluzadə deyirdi ki, Ana dili millətin ruhudur. Həqiqətən də, elədir. Bu gün söylədiyimiz hər kəlmə özündə yüzlərlə mənanı ehtiva edir. Məhz buna görə də, hər xalqın dili onun varlığı hesab edilir. Bu gün - 21 Fevral Beynəlxalq Ana dili Günüdür. Bu günün əsas məqsədi dil müxtəlifliyini qorumaq, ana dillərinə hörmət və diqqəti artırmaq, eləcə də çoxdilli təhsili təşviq etməkdir.

 

Aydındır ki, dil millətin varlığı üçün çox önəmlidir. Mirzə Fətəli Axundzadə boş-boşuna deməyib ki, bir milləti məhv etmək istəyirsənsə, onun dilini əlindən al. Bu gün Azərbaycanda da, xüsusilə dil mövzusu çox aktualdır. Cənab Prezident İlham Əliyevin diqqət mərkəzində olan bu məsələ bu gün bir çox qurumların da əsas prioritetlərindən biri olub. Cənab Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsindən sonra bu mövzu daha da ciddi hal almağa başlayıb. Azərbaycan dilində düzgün danışmaq, onun qayda-qanunlarına əməl etmək hər bir azərbaycanlının vətəndaşlıq borcudur.

 

Aydındır ki, Azərbaycanın Çar və Sovet Rusiyasının istilası dövründə ana dilində qəzet və jurnallar çıxarmaq qeyri-mümkün idi. Xalqı öz dilindən uzaqlaşdıran, dilini unutduran, savadsızlığa hökm edən işğalçılar daim bu siyasətlə bizləri idarə ediblər, ona görə də bir də belə halların təkrarlanmaması üçün biz öz dilimizi sevməli və qorumalıyıq. Elə Bəxtiyar Vahabzadə burada yaxşı deyib ki, kül öz ana dilini bilməyənlərə. Həqiqətən də, o insana kül olsun ki, ana dilinə laqeydli yanaşır. Dilimizi sevək, qoruyaq, bir uşaqtək əzizləyək.

 

Mayıl Soltan 

#xəbər #baki #yeni #ruhumuz # #günüdür
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər