00:00:00
Yazar
Aysel Mirzəyeva
15.04.2026 19:01 106 2 dəq oxuma
Siyasət

Bu görüş Bakı-Moskva münasibətlərində dönüş nöqtəsidirmi?

Bu görüş Bakı-Moskva münasibətlərində dönüş nöqtəsidirmi?

Bu gün Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasının Xarici İşlər nazirinin müavini Mixail Qaluzini qəbul edib.

 

Mövzu ilə bağlı siyasi şərhçi Azər Həsrət “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan Xarici İşlər nazirinin Rusiya Xarici İşlər nazirinin müavini ilə görüşü ikitərəfli münasibətlər baxımından dəyərləndirilməlidir:

 

“Rusiya Azərbaycanın qonşu dövlətidir və bu dövlətlər arasında daim diplomatik münasibətlər olub. Bəzən gərginliklər, bəzən yaxınlaşmalar olub. Amma bütün bunlara baxmayaraq münasibətlər heç vaxt kəsilməyib. Məncə, Rusiya Xarici İşlər nazirinin müavininin qəbul edilməsini bu yöndə dəyərləndirmək lazımdır. Yəni Azərbaycan ikitərəfli münasibətlərə hər zamankı kimi diqqət ayırır və bundan sonra da ayırmağa davam edəcək. Azərbaycanın Rusiya ilə münasibətləri, daha yaxşı ola bilər, lakin Rusiyanın Azərbaycana qarşı davranışları, xüsusilə də ikitərəfli münasibətlərdə qeyri-səmimiliyi ölkələr arasında gərginliyə gətirib çıxarır”.

 

Həmçinin şərhçi qeyd edib ki, təbiidir ki, bu gərginliyin səbəbkarı Azərbaycan deyil, səbəbkar Rusiyadır:

 

“Azərbaycan ilə Rusiya arasındakı münasibətlər bizim digər ölkələrlə münasibətlərimizə bu və ya digər şəkildə təsir etmir və edə də bilməz. Çünki Azərbaycan hansısa başqa dövlətlə münasibətlər qurarkən bunu üçüncü bir dövlətlə münasibətlər çərçivəsində dəyərləndirmir və ya şərtləndirmir. Yəni biz ikitərəfli və çoxtərəfli münasibətlərimizi öz dövlətimizin maraqlarına uyğun dəyərləndirir və şərtləndiririk. Ona görə də, Rusiya ilə münasibətlərin digər dövlətlərlə münasibətlərimizə hər hansı aidiyyəti yoxdur. Faktiki olaraq, Azərbaycan Rusiyanın bizə qarşı haqsız, ədalətsiz münasibətinə uyğun cavab vermək məcburiyyətindədir. Rusiya Azərbaycana qarşı elə davranışlar sərgiləyib ki, onları bağışlamaq və ya görməzdən gəlmək mümkün deyil. Bu baxımdan Azərbaycan dövləti münasibətlərdə qarşılıqlı səmimiyyəti əsas tutur və Rusiyaya münasibət də məhz bunun üzərində qurulur”.


Günel Əlili

#xəbər #görüş #yeni #dönüş #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər