00:00:00
Yazar
Aysel Mirzəyeva
16.04.2026 17:57 33 1 dəq oxuma
Siyasət

“Bu görüşlər Cənubi Qafqazda balansı dəyişmir”- ŞƏRH

“Bu görüşlər Cənubi Qafqazda balansı dəyişmir”- ŞƏRH

Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Azərbaycana işgüzar səfər edib. O aprelin 16-da iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın keçiriləcək növbəti iclasında iştirak edəcək. Bu barədə Rusiya hökumətinin saytında dərc olunmuş məlumatda qeyd edilib.

 

Mövzu ilə bağlı siyasi şərhçi Xaqani Cəfərli “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq komissiyasının 24-cü iclası ciddi strateji əhəmiyyət daşımır:

 

“Ümumiyyətlə, iqtisadi əməkdaşlıq komissiyasının fəaliyyəti əsasən cari problemlərin həllinə yönəlib. Bu görüşlər iki ölkə arasında siyasi etimadın möhkəmlənməsinə ciddi təsir etmir. Çünki onun fəaliyyəti siyasi, daha çox iqtisadi-təsərrüfat xarakteri daşıyır. Ona görə də, bu əməkdaşlıq Cənubi Qafqazda geosiyasi sabitliyə də ciddi təsir etmir”.

 

Nuray Əliyeva

#azərbaycan #xəbər #baki #balansı #qafqazda
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər