00:00:00
Yazar
Aysel Mirzəyeva
04.05.2026 21:45 150 2 dəq oxuma
Siyasət

“Bu münaqişənin müharibəsiz həlli görünmür” - ŞƏRH

“Bu münaqişənin müharibəsiz həlli görünmür” - ŞƏRH

İranın ali lideri Əli Xameneinin hərbi müşaviri Möhsün Rzayi ABŞ-ni sərt tənqid edərək, Tehranın Amerika hərbi qüvvələrinə qarşı ciddi cavab verə biləcəyini bildirib.

 

Mövzu ilə bağlı siyasi şərhçi Tural İrfan “İnformator.az”a açıqlamasında qeyd edib ki, İranın ABŞ hərbi bazalarına yaxud İsrailə hava zərbələri endirməsi qarşı tərəflərin sərt cavabı ilə nəticələnə bilər ki, bu da regionda yenidən savaşın alovlanması deməkdir:

 

“Təbii ki, regionda müharibə arzuolunmazdır. Bölgə ölkələrinin təhlükəsizliyinə müəyyən təhdidlər yarana bilər. Odur ki, bu hal narahatlıq doğurur. Beynəlxalq təşkilatların bu müharibənin qarşısını almaq üçün səyləri səmərəli nəticə vermir. Əsasən ABŞ və İsrailin bu təşkilatlara təsiri, yaxud qərarlarına və çağırışlarına məhəl qoymaması vəziyyəti daha da gərginləşdirir. Lakin hər bir halda beynəlxalq təşkilatların ciddi cəhdləri bu məsələdə rol oynaya bilər. Gərginliyin qarşısının alınması üçün səylər göstərilsə də, tərəflərin ortaq məxrəcə gələ bilməməsi bu təşəbbüsləri də səmərəsiz edir. İranın təhdidləri qarşısında ABŞ yeni müharibəyə başlaya bilər ki, müharibənin bu mərhələsi sarsılmış İran hakimiyyətinin sonu ilə nəticələnə bilər. Çünki bu münaqişənin müharibəsiz həlli görünmür. Müəyyən fasilələr olsa da, müharibə qaçılmazdır. Xüsusən burada İsrailin rolu böyükdür. İran hazırda özünü qalib elan edib. İsrail üçün qalib və ciddi təhlükə sayılan İranın sərbəst buraxılmasına mümkün olduğu qədər imkan verilməyəcək. Ona görə ki, İran heç bir məsələdə geri addım atmağı düşünmür. Vəziyyət daha da gərginləşməyə doğru gedir. Böyük ehtimalla müharibə davam edəcək və İran ya ABŞ-nin şərtlərinə razı olacaq, ya da hakimiyyət devriləcək. Həm ABŞ, həm də İsrail üçün müharibədən sonrakı İran əvvəlkindən daha təhlükəli görünür. Habelə İranın proksi qüvvələri də yerindədir, Hörmüz boğazına nəzarət də demək olar ki, əldən çıxmayıb. Məlumdur ki, İsrail və ABŞ müəyyən fasilə verməklə İran daxilində hakimiyyətin parçalanması nəticəsində baş verəcək hadisələri izləyir və müəyyən mərhələni keçməyi gözləyir. Axır sözü yenə də müharibə, yaxud mütəmadi hava hücumları deyəcək. Əsasən İranın İsrailin hava müdafiəsini pozaraq raket zərbələri endirməsinin qarşısını almaq üçün müvafiq tədbirlər görmək məqsədilə fasilə verilib. Hazırda İsrail yenidən ağır silahlarla silahlanır və hava hücumundan müdafiə üçün yeni sistemlər qurur. Livanla danışıqlar apararaq Hizbullah təhlükəsindən əmin olmağa yollar axtarır. Mümkündür ki, bu mərhələdən sonra həlledici son hücuma keçilsin. İranın dirənişi, proksiləri əldən buraxmaması və ABŞ-nin şərtlərindən imtina etməsi yeni müharibənin yaxın olduğunu deməyə əsas verir”.

 

Aytac İbrahimova

#müharibəsiz #həlli #azərbaycan #münaqişənin #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər