Bu qəddar siyasi qətl Putin rejiminin iflasını sürətləndircək
İsa Qəmbər Boris Nemtsovub qətlinə münasibət bildirib.
“Bu qəddar siyasi qətl Putin rejiminin iflasını sürətləndircək.”
Müsavat partiyasının lideri İsa Qəmbər Rusiyanın tanınmış siyasətçisi, müxalifət liderlərindən biri olan Boris Nemtsov qətlinə öz facebook səhifəsində münasibət bildirib.
İsa Qəmbər: “Rusiyanın ən parlaq ictimai-siyasi xadimlərindən biri Boris Nemtsov öldürüldü. Onunla görüşlərim, söhbətlərim mənə əsas verirdi ki, B.Nemtsovu həm də gələcəkdə demokratik Azərbaycanla demokratik Rusiya münasibətlərinin qurulmasına hazır ən yetkin dövlət adamlarından biri kimi dəyərləndirim. Bu qəddar siyasi qətl Putin rejiminin iflasını sürətləndircək,”- yazıb.
