00:00:00
Yazar
Banuçiçək Məmmədova
20.02.2026 17:30 10 1 dəq oxuma
Sosial

Bu ərazilərdə 2 gün su olmayacaq

Bu ərazilərdə 2 gün su olmayacaq

Magistral su kəmərinin qəzalı hissəsinin dəyişdirilməsi ilə əlaqədar görüləcək işlər çərçivəsində Sumqayıt şəhəri, Abşeron və Qaradağ rayonlarının bir hissəsinə 22.02.2026-cı il tarixində saat 22:00-dan, 24.02.2026-cı il tarixində gecə saatlarınadək suyun verilməsində fasilə yaranacaq.

 

"İnformator.az" xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.

 

"Bu müddət ərzində sakinlərə su maşınları ilə xidmət göstəriləcək. Anlayışla qarşıladıqlarına görə abonentlərə minnətdarlığımızı bildiririk", - məlumatda qeyd olunub.

#azərbaycan #yeni #baki #olmayacaq
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər