00:00:00
Yazar
Admin User
16.10.2025 10:36 153 1 dəq oxuma
Sosial

Bu ərazilərin bərpasına nə qədər vəsait ayrılacaq?

Bu ərazilərin bərpasına nə qədər vəsait ayrılacaq?

İşğaldan azad olunan ərazilərin yenidənqurulması və bərpası ilə bağlı xərclərin (Böyük qayıdış I planının layihəsi) 2026-2029-cu illərdə 13,5 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır ki, bunun da əsaslı xərclərdə xüsusi çəkisi 23,5 faizdir.

 

Mövzu ilə əlaqədar  “İnformator.az”a açıqlamasında iqtisadçı Xalid Kərimli bildirib ki, bu xərclərin yolların, rabitə xətlərinin çəkilməsinə, infrastrukturun, enerji, sosial, yaşayış infrastrukturlarının qurulmasına sərf olunması nəzərdə tutulur:

 

“Bunu ümumi şəkildə əvvəlki 5 ilə görə fikirləşmək olar ki, dövlət hansı məsələləri öz çiyninə götürür. Bu yol təsərrüfatıdır, bu enerji təsərrüfatıdır, işıq,su və qaz bu infrastrukturun qurulmasıdır. Dövlət qarşıdakı illərdə bu bərpa prosesini təşkil edəcək. Yaşayış binalarının tikilməsi, sosial infrastrukturun qurulması yəni indiyənə qədər gördüyü işləri davam etdirməyi planlaşdırır”.

 

Səadət Əlizadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər