00:00:00
Yazar
Aysel Mirzəyeva
20.04.2026 14:20 16 2 dəq oxuma
Siyasət

Bu sənəd ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələni təmsil edirmi?

Bu sənəd ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələni təmsil edirmi?

ABŞ ilə Azərbaycan arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Xartiyanın potensialını reallaşdırmaq üçün əməkdaşlıq imkanları barədə müzakirələr aparılıb.

 

Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ və Azərbaycan arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Xartiya iki ölkə arasındakı münasibətlərin institusional çərçivəsini müəyyən edən fundamental sənədlərdən biridir:

 

“Bu xartiyanın əsas məqsədi tərəflər arasında qarşılıqlı maraq doğuran sahələrdə uzunmüddətli və sabit əməkdaşlığı təmin etmək, həmçinin regional təhlükəsizlik və iqtisadi inkişaf məsələlərində səyləri birləşdirməkdir. Xartiya əsasən dörd mühüm istiqaməti əhatə edir: təhlükəsizlik və terrorizmlə mübarizə, enerji təhlükəsizliyi (xüsusilə Xəzər dənizinin enerji resurslarının Qərb bazarlarına çıxarılması), iqtisadi islahatlar və ticarət əlaqələrinin genişləndirilməsi, habelə demokratik inkişaf və idarəçilik sahəsində dialoq. ABŞ üçün Azərbaycanın geosiyasi əhəmiyyəti onun Avrasiyanın kəsişməsində yerləşən strateji mövqeyi ilə birbaşa bağlıdır. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında, xüsusilə Rusiya enerjisindən asılılığın azaldılması kontekstində “Cənub Qaz Dəhlizi” vasitəsilə alternativ mənbə rolunu oynayır. Eyni zamanda, ölkə Mərkəzi Asiya ilə Avropa arasında mühüm logistik qovşaq (Orta Dəhliz) funksiyasını yerinə yetirir və Əfqanıstan kimi bölgələrdəki sülhməramlı əməliyyatlarda, habelə beynəlxalq terrorizmə qarşı mübarizədə Vaşinqton üçün etibarlı tərəfdaş hesab olunur”.

 

Həmçinin politoloq qeyd edib ki, bu sənəd ABŞ-Azərbaycan münasibətlərində keyfiyyətcə yeni bir mərhələni təmsil edir:

 

“Çünki o, əlaqələri sadəcə situativ və ya qısamüddətli maraqlardan çıxararaq daha sistemli və strateji müstəviyə daşıyır. Xartiya tərəfdaşlığın “yol xəritəsi” funksiyasını yerinə yetirərək, tərəflər arasında yüksək səviyyəli siyasi dialoqun davamlılığını təmin edir və hər iki dövlətin bir-birinin suverenliyinə, ərazi bütövlüyünə hörmətini rəsmi şəkildə təsbit edir. Bu sənədin mövcudluğu Azərbaycanın Qərb təhlükəsizlik arxitekturasındakı yerini möhkəmləndirir, investisiya mühitinə müsbət siqnallar verir və regional münaqişələrin həlli prosesində ABŞ-nin daha fəal və balanslı iştirakı üçün hüquqi-siyasi zəmin yaradır. Beləliklə, Xartiya münasibətləri qeyri-müəyyənlikdən xilas edərək, onları konkret hədəflərə yönəlmiş və qarşılıqlı öhdəliklərə əsaslanan strateji müttəfiqlik formatına yaxınlaşdırır”.


Günel Əlili

#baki #gündəm #yeni #təmsil
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər