00:00:00
Yazar
Admin User
10.02.2026 13:53 41 3 dəq oxuma
Sosial

Buraxılış imtahanına az qalıb

Buraxılış imtahanına az qalıb

Buraxılış imtahanına az vaxt qaldıqda əsas hədəf artıq öyrənilənləri təkrarlamaq, diqqəti cəmləmək və streslə düzgün davranmaqdır. Ekspertlər bildirir ki, bu mərhələdə düzgün strategiya və vaxtın idarəsi uğuru xeyli artır.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında uzman, psixoloq-psixoterapevt, Qərbi Kaspi Universitetinin “Psixologiya və Sosial iş” kafedrasının müəllim Səbinə Bayramova bildirib ki, imtahan öncəsi stress tamamilə normaldır, lakin həddindən artıq həyəcan şagirdin performansını zəiflədir:

 

"Psixoloji araşdırmalar göstərir ki, kortizol hormonunun artması diqqət və yaddaşın zəifləməsinə səbəb olur. Buna görə stressi idarə etmək üçün elmi əsaslı üsullar tövsiyə olunur:

 

Nəfəs məşqləri və meditasiya - Dərin nəfəs alma (4 saniyə nəfəs al, 4 saniyə saxla, 6 saniyə ver) sinir sistemini sakitləşdirir. Müntəzəm fiziki aktivlik - Qısa gəzinti və yüngül idman endorfin ifrazını artıraraq həyəcanı azaldır. Yuxu rejimi - Yuxusuzluq diqqət çatışmazlığına və yaddaş zəifliyinə səbəb olur. 7-8 saatlıq yuxu imtahan öncəsi kritikdir. Müsbət özünüdialoq - “Mən hazırlaşmışam, bacaracağam” kimi ifadələr özünəinamı gücləndirir. Kiçik fasilələrlə təkrar - Beynin uzunmüddətli yaddaşı fasiləli öyrənməni daha yaxşı qəbul edir. Qidalanmaya diqqət- raşdırmalar göstərir ki, balanslı qidalanma (protein, meyvə, tərəvəz, su) beyin fəaliyyətini gücləndir. Şəkərli və ağır yeməklər isə yorğunluq və diqqət dağınıqlığı yarada bilər. Vizualizasiya texnikası - Şagirdlər imtahan zalında özlərini sakit və uğurlu təsəvvür etdikdə, bu, özünəinamı artırır. Psixologiyada buna “mental imagery” deyilir və idmançılar da performans üçün istifadə edirlər. Vaxtın düzgün planlanması - Son günlərdə qarışıqlıq yaratmamaq üçün gündəlik oxuma planı hazırlamaq stressi azaldır. Planlı öyrənmə beynə "nəzarət hissi” verir. Ümumdünya Səhiyyə Təşkilatı və UNESCO-nun araşdırmaları da göstərir ki, bu üsullar imtahan nəticələrinə müsbət təsir göstərən əsas faktorlar sırasındadır. Elmi tədqiqatlar sübut edir ki, imtahana az qalmış yeni mövzular öyrənmək beynin yüklənməsinə və yaddaşın qarışmasına səbəb olur. Bu mərhələdə ən effektiv strategiya artıq öyrənilənlərin möhkəmləndirilməsi, zəif tərəflərin gücləndirilməsi və imtahan şəraitində simulyasiya aparmaqdır. Psixologiyada buna “retrieval practice” yəni yaddaşdan çağırış məşqi deyilir. Araşdırmalar göstərir ki, öyrənilənləri təkrar etmək yeni mövzular öyrənməkdən daha çox uzunmüddətli yaddaş yaradır. Sadə bir nümunə ilə desək, bir şagird imtahana 5 gün qalmış yeni mövzunu öyrənməyə çalışsa, həmin mövzunu tam mənimsəmək ehtimalı aşağıdır. Əksinə, əvvəl öyrəndiyi mövzuları testlərlə təkrar etsə, həm özünəinamı artar, həm stressi azalır, həm də nəticəsi daha sabit olar. Burada vacib bir məqam da peşəkar psixoloq dəstəyidir. Araşdırmalar göstərir ki, psixoloqla aparılan qısa müdaxilələr, məsələn, stressin idarəsi, vaxtın planlanması və özünəinamın gücləndirilməsi üzrə konsultasiyalar, şagirdlərin imtahan nəticələrinə birbaşa müsbət təsir göstərir. Putwain və Symes (2011) qeyd edir ki, psixoloji dəstək alan şagirdlər imtahan həyəcanını daha yaxşı idarə edir və nəticələri daha sabit olur. Bununla yanaşı, valideyn dəstəyi də imtahan öncəsi dövrdə həlledici rol oynayır. Valideynlərin uşaqlarına təzyiq göstərmədən, anlayışla yanaşması, onları motivasiya etməsi və gündəlik həyatlarında emosional sabitlik yaratması öyrənmə prosesini asanlaşdırır. Araşdırmalar göstərir ki, ailə dəstəyi olan şagirdlər özlərini daha güvənli hiss edir, stressi daha az yaşayır və imtahan nəticələri daha yüksək olur. Valideynin sadə bir “Sən bacaracaqsan, biz sənin yanındayıq” mesajı belə uşağın özünəinamını gücləndirir. Nəticə olaraq, imtahana az qalmış şagirdlər əsasən stressi idarə etməyə, öyrənilənləri möhkəmləndirməyə və özünəinamı gücləndirməyə fokuslanmalıdırlar. Yeni mövzular öyrənmək bu mərhələdə risklidir, əsas hədəf isə mövcud bilikləri sabitləşdirməkdir. Bununla yanaşı, peşəkar psixoloq dəstəyi şagirdlərin emosional sabitliyini artıraraq uğur şansını daha da yüksəldir".

 

Gövhər Mehyəddinova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər