00:00:00
Yazar
Zəhra Həsənova
25.05.2026 20:21 24 2 dəq oxuma
Siyasət

Buxarestdə Azərbaycanın mədəniyyət nümunələri təqdim edilib

Buxarestdə Azərbaycanın mədəniyyət nümunələri təqdim edilib

Azərbaycanın Rumıniyadakı səfirliyinin dəstəyi ilə təşkil olunan və Buxarestdəki Amerika Məktəbinin ev sahibliyi etdiyi tədbirdə Azərbaycanın mədəniyyət nümunələri nümayiş etdirilib.


Mövzu ilə bağlı siyasi şərhçi Cavanşir Abbaslı “İnformator.az” a açıqlamasında bildirib ki,Azərbaycanın əsas məqsədi Cənubi Qafqazda davamlı sülh, sabitlik və əməkdaşlıq mühitinin formalaşdırılmasıdır:

 

“Ümumiyyətlə qeyd etməliyik ki, Azərbaycan hər zaman bölgədə sülhün və sabitliyin tərəfdarı kimi çıxış edib. İstər 44 günlük Vətən müharibəsindən sonra, istərsə də hazırkı dövrdə Azərbaycanın Ermənistana təklif etdiyi beş əsas prinsip məhz regionda davamlı sülhün təmin olunmasına xidmət edir. Bu prinsiplər dövlətlərin bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanımasını, sərhədlərin delimitasiya və demarkasiyasını, kommunikasiyaların açılmasını, eləcə də gələcəkdə mehriban qonşuluq münasibətlərinin qurulmasını ehtiva edir. Azərbaycan bu addımları ilə göstərir ki, bölgədə artıq müharibə səhifəsi bağlanmalı, iqtisadi inkişaf və əməkdaşlıq mərhələsi başlamalıdır. Cənubi Qafqazın təhlükəsizlik və əməkdaşlıq məkanına çevrilməsi baxımından Azərbaycanın beynəlxalq platformalardakı fəallığı da xüsusi əhəmiyyət daşıyır. Müxtəlif beynəlxalq forum və sammitlərdə Azərbaycanın irəli sürdüyü təşəbbüslər təkcə ölkəmizin deyil, bütövlükdə regionun maraqlarına xidmət edir. Məqsədimiz Cənubi Qafqazın kənar güclərin rəqabət meydanına deyil, burada yaşayan xalqların dinc və qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərdiyi bir bölgəyə çevrilməsidir. Bu baxımdan Ermənistanın da Azərbaycanın uzatdığı sülh əlini qəbul etməsi və mövcud reallıqları nəzərə alması regionun gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir. Hesab edirəm ki, diplomatik səylərin artırılması və qarşılıqlı etimadın möhkəmləndirilməsi nəticəsində bölgədə davamlı sülhə nail olmaq mümkün olacaq".

 

Arzu Poladova

#mədəniyyət #edilib #azərbaycan #azərbaycanın
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər