00:00:00
Yazar
Admin User
03.01.2026 07:25 87 1 dəq oxuma
Sosial

Bəzi yerlərdə 20 dərəcəyədək şaxta qeydə alınıb

Bəzi yerlərdə 20 dərəcəyədək şaxta qeydə alınıb

Yanvarın 3-ü saat 11:00-a olan məlumatına əsasən, yanvarın 2-si gün ərzində ölkə ərazisinin əksər bölgələrində yağıntılı hava şəraiti müşahidə olunub, yanvarın 3-ü gecə və səhər isə hava əsasən yağmursuz keçib.

 

"İnformator.az" "APA"ya istinadən xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, qarın hündürlüyü Şahbuzda 48, Qaxda 36, Lerikdə 30, Qusarda 29, Qrızda 27, Xınalıqda 25, Yardımlı, Gədəbəydə 18, Şahdağda 17, Xaltanda 11, Şəkidə 10, Xızıda 9, İsmayıllıda 8, Qobustan, Sədərəkdə 6, Qəbələdə 5, Quba, Ordubadda 4, Şərurda 2, Ağsu, Zaqatala, Naxçıvanda 1 sm-dir.

 

Şahbuz, Culfa, Daşkəsən, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Balakən, Qax, Şamaxı, Qrız, Tərtər, Göyçay, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 200 m-dək məhdudlaşıb.

 

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 0 dərəcə, Aran rayonlarında 3 dərəcəyədək şaxta, Naxçıvan MR-da 12 dərəcəyədək, dağlıq rayonlarda 14 dərəcəyədək, yüksək dağlıq rayonlarda isə 20 dərəcəyədək şaxta qeydə alınıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər