00:00:00
Yazar
Hüseynova Mələk
24.11.2026 21:46 21 2 dəq oxuma
Dünya

Cənub-Şərqi Asiya bazarına çıxış imkanı: İndoneziya ilə əlaqələr niyə vacibdir?

Cənub-Şərqi Asiya bazarına çıxış imkanı: İndoneziya ilə əlaqələr niyə vacibdir?

İndoneziyanın ölkəmizdəki səfiri ikitərəfli əlaqələrin hazırkı vəziyyətini dəyərləndirərək, tərəflər arasında əməkdaşlığın daha da dərinləşdirilməsi və yeni istiqamətlər üzrə genişləndirilməsi üçün əhəmiyyətli imkanların və perspektivlərin mövcud olduğunu bildirib.

 

Mövzu ilə "İnformator.az"a açıqlamasında politoloq Elşad Həsənov bildirib ki, Azərbaycanla İndoneziya arasında münasibətlər Azərbaycan müstəqillik qazanandan sonra, yəni 28 dekabr 1991-ci ildə İndoneziya Azərbaycanın müstəqilliyini tanıdı və iki ölkə arasında diplomatik əlaqələr 24 sentyabr 1992-ci ildə qurulub:

 

 

​“Azərbaycanın İndoneziyada, yəni onların paytaxtı olan Cakartada 2006-cı ildə Azərbaycanın səfirliyi açılıb. İndoneziyanın da Bakıda 2010-cu ildə səfirliyi açılıb. Bu ölkələr arasında iqtisadi, siyasi, diplomatik əlaqələr mövcuddur. Hətta parlamentlər arası əlaqələr var və onlar nümayəndələri də vaxtaşırı görüşlər keçirirlər. Azərbaycanın xarici işlər nazirləri üç dəfə İndoneziyada olublar. İki ölkə arasında münasibətlərin yaxşılaşdırılması üçün müqavilələr imzalayıblar. İndoneziya ən böyük müsəlman ölkəsidir. Orda təxmini 285 milyon əhali yaşayır. Bu əhalinin 88%-i İslam dininə inanır və dünyada əhalisinin sayına görə dördüncü ölkədir".

 

 

Politoloq qeyd edir ki,​Azərbaycanla, iqtisadi əlaqələri davam edir, inkişaf etdirilir və müxtəlif illərdə əmtəə dövriyyəsi müxtəlif cür dəyişir. Məsələn, 2022-ci ildə ticarət dövriyyəsi təxminən 710 milyon ABŞ dolları təşkil edib. 2024-cü ildə isə qarşılıqlı ticarət dövriyyəsi 255 milyon, 156 milyon, deməli, ABŞ dolları səviyyəsində olub:

 

“İndoneziyanın səfiri Berliyan Helmi bu ay Azərbaycan Xarici İşlər Nazirliyində olub və ikitərəfli əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub. Ticarət əlaqələrinin artırılması, turizmin inkişaf etdirilməsi haqqında söhbət aparılıb. Bildiyimiz kimi, bu günlərdə Azərbaycan prezidenti İndoneziyanın qonşuluğunda olan Vyetnam Respublikasında səfərdə olub və Azərbaycanla Vyetnamın inkişafı haqqında müqavilələr imzalanıb. Gələcəkdə Azərbaycan İndoneziyanın da strateji tərəfdaşlığı haqqında müqavilə imzalayacaq və iqtisadi əlaqələrimiz daha da artacaq. Burda İndoneziya Azərbaycanın ASAN xidmət modelini də öz ölkəsində tətbiq etməyə başlayıb. Orta Dəhlizdən bütün Cənub-Şərqi və Asiya ölkələri istifadə edirlər. O cümlədən Orta Dəhlizin imkanlarından İndoneziya da ticarət əlaqələri, məhsulların daşınması, Avropa bazarına çıxarılması üçün bu yoldan istifadə edəcək. Onların qonşularında olan Çin, Malayziya, Vyetnam, Hindistan bu yoldan istifadə edir və onlar da Azərbaycanın üzərindən keçən bu Orta Dəhlizdən istifadə edəcəklər. Yəni Azərbaycanla İndoneziyanın münasibətlərinin yaxşılaşması, iqtisadi əlaqələrin, turizmin inkişaf etdirilməsi qarşıda duran məsələlərdəndir. Bu da Azərbaycanın artan nüfuzunun bir göstəricisidir".

 

Xədicə İsmayılova

 

#Asiya #Cənub #Şərq #bazar #İndoneziya
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər