00:00:00
Yazar
Admin User
15.07.2023 16:55 348 1 dəq oxuma
Maraqlı

Çat-botlar təhlükəsizdir?

Çat-botlar təhlükəsizdir?

Bəzən insanlarla danışmaqdan sıxılır, yaxud çəkinirik. Əvvəllər ünsiyyət ehtiyacımız yaranan zaman məcbur qalıb yenə də dost-tanışa üz tutmalı olurduqsa, artıq bunun üçün çat-botlar var. 

 

Günümüzdə çat-bot istifadəçilərinin əksəriyyəti gənclərdir. Onların fikrincə, bu texnologiya çox yaxşı əyləncə vasitəsidir. 

 

İKT üzrə mütəxəssis Rizvan Mansurov deyir ki, çat-botlar həm də elmi məlumatlara sahibdir. Bu, qısa zaman ərzində geniş məlumat  almağa kömək edir. Bütün bu proses çat-botların bazalarına yüklənən şablonlar vasitəsi ilə həyata keçirilir. Standart botlar isə bazalarında olan 10-15 cümləni random, yəni təsadüfi şəkildə seçərək cavab verir. 

 

Təhlükəsizlik məsələsinə gəlincə isə mütəxəssis çat-botu kimin, hansı müəssisənin, nə məqsədlə yaratdığına diqqət etməli olduğumuzu bildirir.

 

Nəzrin Malik

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər