00:00:00
Yazar
Admin User
29.12.2025 17:30 38 2 dəq oxuma
Sosial

CBC AZAL-ın qəzaya uğrayan təyyarəsi barədə film çəkib

CBC AZAL-ın qəzaya uğrayan təyyarəsi barədə film çəkib

 

CBC telekanalı ötən il dekabrın 25-də Bakı-Qroznı reysi zamanı Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan AZAL-a məxsus sərnişin təyyarəsinə həsr olunmuş sənədli film hazırlayıb. “Bakı -Qroznı -Aktau. Son uçuş” adlı filmdə faciənin xronikası, xilasetmə əməliyyatı və hadisədən sonrakı proseslər əks olunub.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında media eksperti Fərid Şahbazlı bildirib ki, Əlbəttə, CBC-nin AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı çəkdiyi film bu hadisə ilə bağlı əsl reallıqların, gerçəkliklərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın bu məsələdəki haqlı mövqeyinin beynəlxalq müstəvidə müdafiə olunması baxımından son dərəcə önəmlidir:


“Çünki bilirsiniz ki, bu məsələ ilə bağlı həm Rusiya tərəfi, həm də digər maraq qrupları, şübhəsiz ki, müxtəlif spekulyasiyalara yol vermək, hadisələri təhrif etmək niyyəti güdürdülər. Bu günün özündə belə Rusiya Azərbaycandan üzr istəməsinə baxmayaraq, hadisəni tam detallı ifadə etməkdən çəkinir, müxtəlif adlar altında bizim hava məkanımızda olduğu üçün və ya başqa ifadələrlə pərdələməyə çalışır.
Amma reallıq ondan ibarətdir ki, bizim təyyarəyə Rusiya silahlı qüvvələri kənar müdaxilə etdiyi üçün qəzaya uğrayıb və insanlarımız həyatını itirib. Bu mənada belə bir filmin çəkilməsi son dərəcə əhəmiyyətlidir. Həm yerli auditoriya üçün, eyni zamanda beynəlxalq auditoriyanın da məlum hadisə ilə bağlı məlumatlandırılması, lazımi siyasi və hüquqi qiymətin verilməsi baxımından bu cür filmlərin çəkilməsi, təbliğat materiallarının hazırlanması əhəmiyyətlidir “.

 

Reyhan Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər