00:00:00
Yazar
Lalə Qafarova
27.02.2026 20:10 28 2 dəq oxuma
Siyasət

Cenevrədə ABŞ-İran danışıqları başa çatıb

Cenevrədə ABŞ-İran danışıqları başa çatıb

Cenevrədə ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu başlayıb. ABŞ nümayəndə heyətinə Prezident Donald Trampın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Uitkoff rəhbərlik edir.

 

Siyasi şərhçi Azər Həsrət “İnformator.az”a açıqlamasında bildirib ki, regionda əsas yerli güc Türkiyədir. Onun sözlərinə görə, hazırda bölgədə Türkiyəyə rəqib ola biləcək ikinci bir güc yoxdur. Nə İran, nə də İsrail Türkiyə ilə eyni səviyyədə deyil. Hətta Rusiya da artıq regionda Türkiyə ilə rəqabət aparacaq gücdə deyil. Çin isə uzaqda yerləşir və Türkiyə ilə arasında ciddi ziddiyyət yoxdur.

 

Şərhçi hesab edir ki, ABŞ-nin bölgədə fəallaşması güc balansını onun xeyrinə dəyişir:

 

"Türkiyə NATO üzvü olduğu üçün ABŞ-nin tərəfdaşıdır. Mövqelərində fərqlər olsa da, ümumilikdə eyni cəbhədə dayanırlar. Bu səbəbdən ABŞ-nin bölgədə iştirakı Türkiyənin də mövqeyini gücləndirir. İran isə bu yeni vəziyyətlə hesablaşmalı olacaq.

İran danışıqlarda vaxt qazanmağa və beynəlxalq təzyiqləri azaltmağa çalışır. ABŞ isə danışıqlarda iştirak edərək dünyaya problemləri masa arxasında həll etməyə hazır olduğunu göstərir. İran bir tərəfdən danışıqlar aparır, digər tərəfdən isə nüvə fəaliyyətini davam etdirəcək. Bu isə sözlə əməl arasında ziddiyyət yaradır. İran danışıqlardan daha çox beynəlxalq rəyi yumşaltmaq üçün istifadə edir. Lakin o düşünür ki, ABŞ bir müddət səbr etsə də, nəticə olmayacağı halda daha sərt addımlar ata bilər.

Uğursuz danışıqlardan sonra İranın ciddi addım atmaq imkanlarının məhdud olduğu bildirilir. ABŞ-yə birbaşa hücum etməsi real görünmür. ABŞ-nin isə hərbi imkanları daha genişdir".

 

Ekspert ötən ilin yayında İsrailin hücumlarını nümunə göstərir. O vaxt ABŞ strateji bombardmançıları İranın bəzi obyektlərinə zərbə endirib. İran isə buna ciddi cavab verə bilməyib. Onun fikrincə, oxşar ssenari yenidən baş verə bilər.

 

Bəzi iddialara görə, mümkün müharibə böyük qaçqın axını yarada bilər. Lakin şərhçi hesab edir ki, hədəf dinc əhali deyil, hərbi və strateji obyektlər olacaq. Bu obyektlər adətən yaşayış yerlərindən uzaqda yerləşir. Buna görə də genişmiqyaslı qaçqın dalğasının yaranması ehtimalı azdır.

 

Selcan Xudiyeva

#başa #gündəm #xəbər #çatıb #cenevrədə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər