00:00:00
Yazar
Zəhra Həsənova
19.02.2026 21:36 9 2 dəq oxuma
Siyasət Özəl

Cenevrə görüşünün pərdəarxası: İran uranı ölkədən çıxarmağa hazırdır

Cenevrə görüşünün pərdəarxası: İran uranı ölkədən çıxarmağa hazırdır

İran nümayəndə heyəti ABŞ ilə danışıqlarda uran zənginləşdirməsini dayandırmağa, ehtiyatlarının bir hissəsini Rusiya və ya başqa bir ölkəyə köçürməyə və Amerika tərəfi ilə işgüzar münasibətlər qurmağa hazır olduğunu bildirib.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Həşim Səhrablı bildirib ki, indiki vəziyyətdə inanmıram ki, İran öz uran ehtiyatlarını ya Rusiyaya, ya da hər hansı başqa ölkəyə göndərmək qərarı versin:

 

"Uran məsələsi hazırda İranın əlində həm danışıqlarda, həm də İsrail və ABŞ qarşısında ciddi təsir vasitəsidir. İran diplomatik masada əlini güclü saxlaya bilirsə, bunun əsas səbəblərindən biri məhz nüvə məsələsidir. Hətta demək olar ki, bu, birinci amildir. Xarici dövlətlər İranın nüvə silahı əldə etmə ehtimalını nəzərə alaraq onun mövqeyi və tələbləri ilə daha diqqətlə maraqlanırlar. Əgər İran nüvə materiallarını asanlıqla başqa bir ölkəyə ötürsə, bu halda ən güclü rıçaqlarından birini itirmiş olar. Açığı, belə bir addımın atılacağını gözləmirəm. Əgər belə bir ehtimal reallaşsa, bu, ölkə daxilində də müsbət qarşılanmaz. Çünki İran daxilindəki milli qüvvələr hakimiyyətdən soruşacaqlar ki, uranın başqa ölkəyə verilməsi qarşılığında nə əldə olunub və bunun konkret nəticəsi nədir. Lakin ABŞ və İsrailin İranın əsas tələblərini qəbul etməsi real görünmədiyi üçün hakimiyyətin cəmiyyətə əsaslandırılmış izahat verməsi çətin olacaq. Bütün bu məqamları nəzərə alanda belə qənaətə gəlmək olar ki, İran rəhbərliyi könüllü şəkildə və dinc vasitələrlə nüvə proqramından geri çəkilməyəcək və uran ehtiyatlarını üçüncü ölkəyə ötürməyəcək".

 

Qəmər Kazımzadə

#görüşünün #hazırdır #yeni #cenevrə #çıxarmağa
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər