Cenevrədə BMT-nin dəstəyi ilə Suriya üzrə danışıqlar start götürür
BMT-nin Suriya üzrə xüsusi elçisi Staffan de Misturanın dəstəyi ilə Suriyaarası danışıqlar bu gün Cenevrədə start götürəcək
BMT-nin Suriya üzrə xüsusi elçisi Staffan de Misturanın dəstəyi ilə Suriyaarası danışıqlar bu gün Cenevrədə start götürəcək.
İnformator.az \"RİANovosti”yə istinadən xəbər verir ki, danışıqlar BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinə müvafiq keçirilir.
Gözlənildiyi kimi, Suriyada keçid hökumətinin yaradılması, Konstitusiyaya yenidən baxılması və gələcəkdə ölkədə keçiriləcək seçkilərə həsr ediləcək diskussiyalar birbaşa olmayacaq, fasilələrlə ən azı altı ay davam edəcək.
Suriyaarası görüş iştirakçıları xüsusi diqqəti sülh və humanitar məsələlərə ayıracaqlar.
