00:00:00
Yazar
Güllər Gülhüseynova
18.05.2026 22:38 62 2 dəq oxuma
Siyasət

Çexiya Qarabağın bərpasına dəstək verməyə hazırdır

Çexiya Qarabağın bərpasına dəstək verməyə hazırdır

Çexiya və Azərbaycan şəhərləri və bələdiyyələri arasında əməkdaşlıq hər iki ölkə üçün son dərəcə faydalı olacaq.

 

Bunu Mənzil və WUF13-ün qonaqlarından biri olan Çexiyanin regional inkişaf naziri Zuzana Mrazova deyib.

 

O qeyd edib ki, Çexiya və Azərbaycan şəhərləri və bələdiyyələri arasında əməkdaşlıq hər iki ölkə üçün son dərəcə faydalı olacaq.

 

Mövzu ilə bağlı deputat Vüqar Bayramov “İnformator.az”a açıqlamasında bildirib ki, Çexiya şirkətlərinin yaxın gələcəkdə Qarabağ və Şərqi Zəngəzurda aktiv iştirak imkanları yüksək qiymətləndirilir:

 

“Azərbaycanla Çexiya arasında həm həm ikitərəfli, həm də çoxtərəfli platformalarda əməkdaşlıq davam edir. Bir müddət öncə Çexiyanın Baş naziri Azərbaycanda səfərdə olub, mühüm anlaşmalar əldə edilib. Eyni zamanda Çexiya nazirinin WUF13-də iştirakı və bu istiqamətdə təqdim etdiyi fikirlər də iki ölkə arasındakı əməkdaşlıq imkanlarından xəbər verir. Ümumiyyətlə, bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən şəhərsalma modeli beynəlxalq təşkilatlar, eləcə də bir sıra ölkələr tərəfindən maraqla qarşılanır və öyrənilir. Bu istiqamətdə, təbii ki, ölkələr həm Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən və tətbiq olunan şəhərsalma modelləri, həm də işğaldan azad olunmuş ərazilərimizdə reallaşan proqramlarla ciddi şəkildə maraqlanırlar və əməkdaşlıq etmək niyyətindədirlər. Bu baxımdan Çexiya ilə Qarabağ və Şərqi Zəngəzurun bərpasında əməkdaşlıq imkanları kifayət qədər yüksəkdir. Azərbaycan Çexiya daxil olmaqla bir sıra ölkələrin işğaldan azad olunmuş ərazilərimizdə iştirakını dəstəkləyən ölkədir. Biz xüsusən də bərpa və yenidənqurma prosesində xarici ölkələrin, eləcə də bir sıra beynəlxalq təşkilatların fəal iştirakını təqdir edirik. Sözsüz ki, bu, Azərbaycan üçün həm işğaldan azad olunmuş ərazilərimizdə bərpa, yenidənqurma prosesinin daha intensiv aparılmasına imkan yarada bilər. Digər tərəfdən bu, ölkələr arasında əməkdaşlığın güclənməsinə gətirib çıxarar. Təbii ki, bu açıqlamalar praktiki olaraq ölkələrimiz arasında işğaldan azad olunmuş ərazilərdə konkret layihələrin reallaşmasına imkan yarada bilər və bu ondan xəbər verir ki, biz yaxın gələcəkdə praktiki olaraq Çexiya şirkətlərinin Qarabağ və Şərqi Zəngəzurda aktiv şəkildə iştirakını müşahidə edə bilərik”.

 

Lalə Qurbanlı

#hazırdır #çexiya #baki #dəstək #verməyə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər