00:00:00
Yazar
Səmayə Səftərova
25.09.2026 20:05 28 2 dəq oxuma
Siyasət

"Ceyhun Bayramov ABŞ şirkətləri ilə əməkdaşlığın əsas istiqamətlərini açıqlayıb"

"Ceyhun Bayramov ABŞ şirkətləri ilə əməkdaşlığın əsas istiqamətlərini açıqlayıb"

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ Ticarət Palatasının təşkil etdiyi icraçı dəyirmi masada iştirak edib. Görüşdə ABŞ-nin aparıcı şirkətlərinin rəhbərləri və əsas şirkətlərin nümayəndələri iştirak ediblər. Müzakirələrdə Azərbaycanın geostrateji əhəmiyyəti, 2025-ci ilin tarixi Vaşinqton sammitindən sonra Azərbaycan və Birləşmiş Ştatlar arasındakı strateji tərəfdaşlıq ön plana çıxarılıb, əsas sahələrdə ikitərəfli əlaqələrin gücləndirilməsinin vacibliyi qeyd edilib.

 

Mövzu ilə bağlı politoloq Elşad Mirbəşiroğlu “İnformator.az”a açıqlamasında bildirib ki Multifunksional xarakter daşıyan layihə çərçivəsində yalnız dəmir və avtomobil yollarının deyil, gələcəkdə neft və qaz kəmərlərinin, eləcə də internet və optik xətlərin də bu dəhliz boyunca çəkilməsi nəzərdə tutulur:

 

"BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ Ticarət Palatasında keçirilən dəyirmi masa müzakirələrində iştirak edib. Müzakirələr zamanı ABŞ şirkətləri ilə energetika, nəqliyyat-logistika və digər strateji sahələrdə əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb. Energetika sahəsində əməkdaşlıq Azərbaycanın Qərb ölkələri ilə əsas strateji istiqamətlərindən biridir. Bu istiqamətdə sistemli iş həyata keçirilir. Nəqliyyat-logistika sahəsində isə mühüm dəhlizlərin inkişafı həm Azərbaycanın, həm də ABŞ-nin maraqlarına cavab verir".

Ekspert vurğulayır ki, Orta Dəhliz layihəsi Çin və Mərkəzi Asiyadan keçməklə, Azərbaycan üzərindən Xəzər dənizi vasitəsilə məhsulların Avropa bazarlarına daha rahat çıxışını təmin edir:

"Bundan əlavə, TRİPP layihəsi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa əlaqənin yaradılmasını nəzərdə tutur. Multifunksional xarakter daşıyan layihə çərçivəsində yalnız dəmir və avtomobil yollarının deyil, gələcəkdə neft və qaz kəmərlərinin, eləcə də internet və optik xətlərin də bu dəhliz boyunca çəkilməsi nəzərdə tutulur. Bu da layihənin strateji əhəmiyyətini artırır. Ümumilikdə, Azərbaycanın beynəlxalq əməkdaşlıq imkanlarının genişlənməsi və regional proseslərdə rolunun artması onun etibarlı tərəfdaş kimi mövqeyini gücləndirir. Energetika, nəqliyyat-logistika, təhlükəsizlik və digər sahələrdə Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsi imkanları ABŞ-də keçirilən müzakirələrdə də diqqətə çatdırılıb".


Səmayə Səftərova

#BMT #ABŞ #Ceyhun Bayramov
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər