00:00:00
Yazar
Banuçiçək Məmmədova
29.04.2026 17:02 24 2 dəq oxuma
Siyasət

Ceyhun Bayramov BƏƏ nümayəndə heyəti ilə görüşüb: strateji tərəfdaşlıq müzakirə olunub

Ceyhun Bayramov BƏƏ nümayəndə heyəti ilə görüşüb: strateji tərəfdaşlıq müzakirə olunub

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinin dövlət nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib. Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən verilən məlumata görə, görüş zamanı iki ölkə arasında mövcud dostluq münasibətləri və strateji tərəfdaşlığın inkişaf perspektivləri geniş şəkildə müzakirə olunub. Tərəflər siyasi, iqtisadi və regional əməkdaşlıq istiqamətlərində əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıblar.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Ülviyyə Zülfüqar bildirib ki, Ceyhun Bayramov ilə Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyəti arasında keçirilən görüşdə əməkdaşlığın əsasən siyasi dialoq, enerji, investisiya, nəqliyyat-logistika və regional təhlükəsizlik kimi istiqamətləri üzrə müzakirələr aparıla bilər:

 

“Xüsusilə Azərbaycanın enerji resursları və tranzit imkanları ilə BƏƏ-nin maliyyə və investisiya potensialı arasında sinerji yaradılması bu münasibətlərin əsas dayaqlarından biri kimi çıxış edir. Eyni zamanda, tərəflərin regional proseslərə dair mövqelərini uzlaşdırması və çoxtərəfli platformalarda qarşılıqlı dəstəyi də diqqət mərkəzində olan məsələlər sırasındadır. Azərbaycan ilə BƏƏ arasında strateji tərəfdaşlığın gələcək inkişafı daha çox enerji, yaşıl texnologiyalar, infrastruktur layihələri və qeyri-neft sektoruna investisiyaların artırılması istiqamətində davam edə bilər. Bu kimi görüşlər tərəflər arasında etimadı gücləndirir, iqtisadi layihələrin reallaşmasını sürətləndirir və Azərbaycanın Körfəz regionu ilə əlaqələrində daha aktiv rol oynamasına şərait yaradır. Belə təmaslar ikitərəfli münasibətləri daha institusional və uzunmüddətli əməkdaşlıq müstəvisinə daşıyan mühüm diplomatik mexanizm kimi qiymətləndirilə bilər”.

 

Banuçiçək Məmmədova

#baki #olunub #strateji #bayramov #bəə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər