00:00:00
Yazar
Admin User
28.09.2022 10:14 359 1 dəq oxuma
Siyasət

Ceyhun Bayramov Çavuşoğlu ilə danışıqlar apardı

Ceyhun Bayramov Çavuşoğlu ilə danışıqlar apardı

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə xarici işlər naziri Mövlüd Çavuşoğlu arasında telefon danışığı baş tutub.

XİN-dən İnformator.az-a verilən məlumata görə, nazirlər bölgədə mövcud olan son vəziyyət üzrə fikir mübadiləsi aparıblar. Post-münaqişə mərhələsində bölgədə Azərbaycan tərəfindən görülən işlər, o cümlədən geniş bərpa və quruculuq işlərinin bölgənin sülh şəraitində inkişafına xidmət etdiyi vurğulanıb.

Tərəflər, ikitərəfli əməkdaşlıq gündəliyinin aktual mövzularını, həmçinin Türk Dövlətləri Təşkilatının Zirvə görüşünə hazırlıq məqsədilə İstanbulda keçirilməsi nəzərdə tutulan nazirlər görüşü ilə bağlı məsələləri müzakirə ediblər.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər