00:00:00
Yazar
Zəhra Həsənova
27.11.2026 19:57 82 2 dəq oxuma
Siyasət

Ceyhun Bayramov: “Ermənistanla normallaşma prosesində müsbət irəliləyişlər var”

Ceyhun Bayramov: “Ermənistanla normallaşma prosesində müsbət irəliləyişlər var”

Azərbaycan-Ermənistan normallaşma prosesində son dövrdə bir sıra müsbət inkişaflar müşahidə olunur. Bu barədə xarici işlər naziri Ceyhun Bayramov Litvalı həmkarı ilə birgə mətbuat konfransında bildirib.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Züriyə Qarayeva bildirib ki, TRIPP layihəsi Azərbaycan və Ermənistan arasında nəqliyyat və ticarət əlaqələrini inkişaf etdirərək iqtisadi əməkdaşlığı gücləndirə bilər.

 

“TRIPP layihəsi Azərbaycan-Ermənistan münasibətlərinin siyasi və təhlükəsizlik müstəvisindən iqtisadi əməkdaşlıq mərhələsinə keçməsi üçün mühüm imkanlar yarada bilər. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat bağlantısının təmin edilməsi, Ermənistanın regional tranzit sisteminə inteqrasiyası və yeni ticarət imkanlarının yaranması tərəflər arasında qarşılıqlı iqtisadi maraqları formalaşdıra bilər”. 

 

Ekspert qeyd edir ki, Vaşinqton sammitindən sonra normallaşma prosesinin əsas siyasi nəticələrindən biri də tərəflər arasında müzakirələrin daha konkret və praktiki məsələlər üzərində cəmləşməsidir. Tranzit yükdaşımaları, ticarət əlaqələrinin formalaşması və nəqliyyat kommunikasiyalarının açılması istiqamətində aparılan danışıqlar sülhün iqtisadi əsaslarını gücləndirir. Qarşılıqlı iqtisadi asılılıq artdıqca hərbi qarşıdurmaya qayıtmağın siyasi və iqtisadi xərcləri də yüksəlir.

 

Züriyə Qarayevanın sözlərinə görə, Ermənistanın yeni Konstitusiya layihəsinin dərc edilməsi isə normallaşma prosesinin siyasi-diplomatik müstəvidən konstitusion-hüquqi mərhələyə keçməsi kimi qiymətləndirilə bilər. Azərbaycanın əsas tələbi Ermənistanın konstitusion-hüquqi bazasında ərazi iddialarına əsas yaradan müddəaların aradan qaldırılmasıdır. Bu baxımdan yeni Konstitusiyanın qəbulu sülh sazişinin imzalanması qarşısındakı əsas maneələrdən birinin aradan qaldırılmasına şərait yarada bilər.

 

Ekspert hesab edir ki, layihənin dərc edilməsi məsələnin tam həlli demək deyil. Qarşıda ictimai müzakirələr, referendum və yeni Konstitusiyanın qüvvəyə minməsi kimi mühüm mərhələlər dayanır. Əsas məsələ sülhün ayrı-ayrı siyasi liderlərin iradəsindən asılı olan proses deyil, hüquqi və institusional təminatlara əsaslanan davamlı dövlət siyasətinə çevrilməsidir.

 

Arzum Ağazadə

#bayramov: #müsbət #ceyhun #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər