Con Simpson: Ukrayna əyilsə də, hələ sınmayıb – şaxtalı hava başlayır
Con Simpson: Ukrayna əyilsə də, hələ sınmayıb – şaxtalı hava başlayır
Polşa sərhədindən Kiyevə səkkiz saatlıq yoldan sonra şəhərə çatdıqda mobil telefonların saatı gecə yarısını göstərir. Bu, Rusiyanın göndərdiyi raket və dronların istiqamətini çaşdırmaq məqsədi daşıyan daha geniş strategiyanın bir hissəsidir.
İlk baxışdan Kiyev normal görünsə də, hava hücumu sirenlərinin səslənməsi müharibənin davam etdiyini xatırladır. İnsanlar telefonlarına baxaraq raket və dron hücumları barədə xəbərdarlıqları izləyirlər.
Son həftələrdə Ukrayna və Rusiya arasında körpülərə qarşı hücumlar intensivləşib. Noyabrın 16-da Ukrayna Rusiyanı işğal altındakı Krımla birləşdirən Kerç körpüsünə zərbə endirib. Buna cavab olaraq Rusiya Kiyevə yeddi ballistik raket atıb və Dnepr çayı üzərindəki doqquz körpüdən ikisini sıradan çıxarıb.
Dörd il yarımdan çoxdur davam edən müharibə nəticəsində minlərlə hərbçi və mülki şəxs həyatını itirib. Rusiya hücumları Ukraynanın infrastrukturuna ciddi ziyan vurub. Qarşıdan gələn şaxtalı qışda əhali tez-tez elektrik, istilik və su çatışmazlığı ilə üzləşir. Bu isə ölkənin daha bir çətin qışdan necə çıxacağı ilə bağlı suallar yaradır.
Rusiyanın Ukraynanın elektrik enerjisi infrastrukturuna hücumları nəticəsində Kiyev gecələr əsasən qaranlığa qərq olur. Hava hücumu zamanı sirenlər səslənir, insanlar sığınacaqlara üz tutur.
Müəllif qeyd edir ki, Kiyevdə olduğu müddətdə gecə saatlarında raket partlayışlarının şahidi olub. Partlayışlar o qədər yaxın olub ki, göy üzü bir neçə saniyə ərzində ağ və qırmızı işıqla işıqlanıb.
Hava hücumu xəbərdarlığı zamanı bəzi insanlar sığınacaqlara getsə də, digərləri evlərində qalmağa üstünlük verir. Müəllifin sözlərinə görə, otelin sığınacağında daimi işıq, partlayış səsləri və izdiham səbəbindən yatmaq çətin olub.
BBC
Fidan Alışova