00:00:00
Yazar
Səadət Əlizadə
15.04.2026 18:17 38 1 dəq oxuma
Siyasət

Ceyhun Bayramov rumıniyalı nazirlə danışıb

Ceyhun Bayramov rumıniyalı nazirlə danışıb

Aprelin 15-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Rumıniyanın xarici işlər naziri Oana-Silvia Toiu arasında telefon danışığı baş tutub.

 

"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən  verilən məlumata görə, telefon danışığı zamanı tərəflər Azərbaycan ilə Rumıniya arasında ikitərəfli və çoxtərəfli münasibətlərin cari vəziyyəti və inkişaf perspektivlərini müzakirə ediblər.

 

Bu çərçivədə enerji, nəqliyyat və kommunikasiya sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycanın iştirakı ilə həyata keçirilən strateji layihələrin əhəmiyyəti vurğulanıb.

 

Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlərə toxunaraq, əməkdaşlığın möhkəmləndirilməsinin, təhlükəsizliyin və sabitliyin əhəmiyyətini qeyd ediblər.

#danışıb #rumıniyalı #bayramov #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər