00:00:00
Yazar
Elmira Ağayeva
21.04.2026 22:05 53 1 dəq oxuma
Texnologiya

“ChatGBT” hər verdiyi cavaba görə nə qədər su sərf edir?

“ChatGBT” hər verdiyi cavaba görə nə qədər su sərf edir?

Süni intellekt sistemlərinin geniş yayılması onların işlədiyi data mərkəzlərinin enerji və resurs sərfi məsələsini də gündəmə gətirir. Xüsusilə, soyutma prosesində suyun istifadəsi bu sahədə ən çox müzakirə olunan məqamlardan biridir.

 

Mövzu ilə bağlı İT mütəxəssisi İlqar Cəfərov “İnformator.az”a açıqlamasında bildirib ki, süni intellekt modellərinin işlədildiyi data mərkəzlərində soyutma kritik mövzudur:

 

“Minlərlə yüksək keyfiyyətli GPU və CPU intensiv əməliyyatlar apararkən çoxlu istilik əmələ gəlir. Bu istiliyi idarə etmək üçün suyun rolu olduqca böyükdür, lakin birbaşa “serverləri islatmaq” üçün istifadə olunmur. Su, istiliyi daşımaqda havadan təxminən 3000 dəfə daha effektivdir. Buna görə də ənənəvi hava soyutma kifayət etməyəndə su əsaslı sistemlər işə düşür. Soyutma qüllələrində maye buxarlaşdırılır və bu zaman istilik xaricə atılır. Su,isti havanı və ya qapalı dövrədəki mayeni soyudur, onun böyük hissəsi isə buxarlanaraq havaya qarışır və istifadə olunmuş hesab edilir.Bir data mərkəzi gündə yüz minlərlə, hətta milyonlarla litr maye istifadə edə bilər. ChatGPT kimi bir modellərdə hər 20-50 sorğuda təxminən yarım litr su buxarlaşa biləcəyi hesablanır”.

 

Mələk Hüseynova

#ChatGPT #texnologiya #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər