ChatGPT-nin edə bilmədiyi 5 əməliyyat
Süni intellekt söhbət robotu ChatGPT ötən ilin sonunda ortaya çıxdıqdan sonra insanların gündəlik həyatına sürətlə daxil olub. İndi bir çox insanlar ChatGPT-dən ev tapşırıqlarını yerinə yetirməkdən hesabat yazmağa, CV hazırlamaqdan pəhriz siyahısı yaratmağa kimi müxtəlif məqsədlər üçün istifadə edir. Bununla yanaşı, ChatGPT-nin də bacarıqlarında bəzi məhdudiyyətlər var.
İnformator.az NTV-yə əsasən ChatGPT-nin hələ edə bilmədiyi 5 fəaliyyət növünü təqdim edir:
1. 2021-ci ildən sonrakı məlumatları əhatə etmr
Qeyd edək ki, ChatGPT yalnız 2021-ci ilə qədər olan məlumatları özündə toplayır. Buna görə də ChatGPT son iki ildə dünyanın necə olduğundan xəbərsizdir. Ona görə də ona bəzi suallar ünvanlayarkən bunu xatırlamaqda fayda var. Məsələn, 2021-ci ildə hakimiyyətə gələn heç bir dünya liderindən onun xəbəri yoxdur. ChatGPT-yə görə Boris Conson hələ də Böyük Britaniyanın baş naziridir.
2. Doğru xəbər hazırlaya bilmir
ChatGPT hüquq imtahanları vermək, romanlar yazmaq və hətta bütün internet saytlarını kodlaşdırmaq səlahiyyətinə malikdir. Lakin o, dəqiq və aktual xəbərlər hazırlaya bilmir. ChatGPT spot və başlıq yazmaqda kifayət qədər bacarıqlıdır, amma xəbərləri təkbaşına yazmaqda uğurlu deyil. Hətta süni intellekt robotu özü də bəzən dezinformasiya və ya qərəzli məzmun yarada biləcəyini bildirir.
3. Wordle proqramını işlədə bilmir
ChatGPT bir dil modeli olduğundan Wordle oynayarkən ondan istifadə etmək istəyə bilərsiniz. Amma ChatGPT bunu bacarmır.
4. Reseptlə satılan dərmanlar haqqında məlumat verə bilmir
Bu yaxınlarda ChatGPT-nin ABŞ-da tibblə məşğul olmaq üçün tələb olunan qızıl standart imtahanından keçə biləcəyi elan edilmişdi. Bu xəbər tibb ictimaiyyətində həyəcan yaratmışdı. Çünki bu, onun gələcəkdə insan həkimlərini əvəz edə biləcəyi ehtimalını artırır. Amma bu gün ChatGPT-dən reseptlə satılan dərmanlar haqqında məlumat almaq istəsəniz, o, sizə bir mütəxəssislə məsləhətləşməyinizi təklif edəcək.
5. "Mən robotam"
Nəhayət, ChatGPT-dən: "Ən böyük maneəniz nədir?"-deyə, soruşsanız, sizə belə cavab verəcək: "Süni intellekt dili modeli kimi ən böyük məhdudiyyətim ondan ibarətdir ki, yalnız qəbul etdiyim məlumatlara və öyrədildiyim biliklərə əsaslanaraq cavablar yarada bilirəm. Böyük həcmdə məlumat üzərində təlim alsam da, yalnız bu mövzularda ardıcıl və informativ cavablar verə bilirəm. Mövzular müxtəlifdir, biliklərimin məhdud olduğu və ya köhnəldiyi bəzi sahələr var. Bundan əlavə, mənim heç bir emosiyam və ya şəxsi təcrübəm yoxdur, yəni söhbətin məzmununu və ya nüanslarını həmişə tam başa düşməyə bilərəm. Nəhayət, mən hələ də robotam, bəzən səhv edə və ya səhv cavab verə bilərəm."
Aytən Babaşova
