00:00:00
Yazar
Admin User
06.07.2023 18:35 311 1 dəq oxuma
Maraqlı

Cib telefonun ilk nümunəsi- TARİXÇƏ

Cib telefonun ilk nümunəsi- TARİXÇƏ

1973-cü il... NASA-nın Apollon proqramında işləmiş amerikalı mühəndis Coel Engel dünyada ilk mobil telefonu yaratma səylərinə rəhbərlik edir. Onun komandası texnologiyanı bir addım irəli aparmağa çalışır - hər yerdə daşına bilən bir cihaz.

 

İnformator.az BBC-yə istinadən ilk mobil telefonun tarixçəsini təqdim edir.

 

Aprelin 3-də isə Engelin laboratoriyasının stasionar telefonu zəng çaldı:

 

“Salam, Coel” xəttin o biri ucundakı şəxs dedi. Bu, Motorola adlı radio və elektronika şirkətində rəqib tədqiqat qrupunun lideri Martin Marty Cooper idi.

 

"Mən sizə mobil telefonla zəng edirəm, amma əsl mobil telefonla" dedi Kuper.

 

Bu zəngdən çox qısa bir müddət sonra başqa bir şəxslə, hətta birdən çox insanla istənilən vaxt istənilən yerdən söhbət etmək mümkün oldu. Ardınca qısa mətn mesajları, daha sonra şəkilləri, emojiləri ötürmə imkanları yarandı. 

 

Kuperin bu zəngindən 50 il sonra mobil telefonlar indi qeyri-adi dərəcədə çoxfunksiyalıdır. Bu çoxfunksiyaylılq həyatımızı kökündən dəyişdirməyə hələ də davam edir.


ABŞ hökuməti layihəni dəstəkləsə də, bir çox texniki və tənzimləyici çətinliklər var idi. Cihazın istehlakçılara təqdim edilməsi üçün daha 10 il lazım oldu. Ancaq cib telefonu erası artıq başlamışdı və bu, cihazların həyatımızı kökündən dəyişdirdiyi bir dövrdür.

 

Fidan Əlizadə

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər