00:00:00
Yazar
Nərmin Həşimova
12.05.2026 20:38 80 2 dəq oxuma
Siyasət

Çin-ABŞ xəttində yeni diplomatik mərhələ: Trampın Çinə səfəri nə vəd edir?
 

Çin-ABŞ xəttində yeni diplomatik mərhələ: Trampın Çinə səfəri nə vəd edir?

ABŞ Prezidenti Donald Trampın Çinə planlaşdırılan səfəri iki ölkə arasında münasibətlərin gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır. Çin tərəfi bu görüş zamanı fikir ayrılıqlarının aradan qaldırılması, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və beynəlxalq məsələlər üzrə dialoqun inkişaf etdirilməsi istiqamətində ABŞ ilə birgə işləməyə hazır olduğunu bildirib. Bu səfər Pekin və Vaşinqton arasında siyasi və iqtisadi münasibətlərin yeni mərhələyə keçməsinə təsir göstərə bilər.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Xəqani Cəfərli bildirib ki, Çin tərəfinin Trampın qarşıdan gələn səfəri zamanı fikir ayrılıqlarının aradan qaldırılması və əməkdaşlığın genişləndirilməsi istiqamətində ABŞ ilə birgə işləməyə hazır olduğunu bəyan etməsi ilk növbədə bu səfərin gerçəkləşməsinə və arzu olunan səviyyədə keçməsinə xidmət edir:


“Belə açıqlamalar bir qayda olaraq mühüm görüşlər ərəfəsində səsləndirilir və xoş ovqat yaratmağa xidmət edir. Çin-ABŞ münasibətlərində hazırkı gərginliklərin səbəbləri çoxdur. Bunları bir görüşlə həll etmək mümkün deyil. Çinin İrana yardım etməsi, Rusiyanı dəstəkləməsi, Tayvanı təhdid etməsi və ABŞ-lə ticarətdə bərabərliyi gözləməməsi iki ölkə arasında gərginliyin əsas səbəblərindəndir. Bundan başqa, Prezident Tramp Çini ABŞ-də narkotik maddələrin istifadəsinə imkan yaradan xammalların ixracında günahlandırır. Ancaq iki ölkə onu da anlayır ki, dünyanın gələcəyi və özlərinin inkişafı onların münasibətlərindən, əməkdaşlığından asılıdır. Bu isə gərginliyin bütün səbəblərinə rəğmən əməkdaşlığı məcburi hala gətirir. Dünyadakı vəziyyət və bəşəriyyətin gələcəyi də önəmli şəkildə Çinlə ABŞ-nin münasibətlərinin inkişafından asılıdır”.


Mehriban Yariyeva

#ABŞ #Çin #səfər #münasibətlər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər