00:00:00
Yazar
Zəhra Həsənova
22.09.2026 21:45 12 2 dəq oxuma
Siyasət

Çin-Aİ ticarət gərginliyi: Tərəflərdən qarşılıqlı güzəştlər gözlənilir

Çin-Aİ ticarət gərginliyi: Tərəflərdən qarşılıqlı güzəştlər gözlənilir

Çin və Aİ arasında ticarət münasibətlərində balansın qorunması əsas məsələlərdən biridir.

 

Mövzu ilə bağlı ”İnformator.az”a açıqlamasında politoloq Tural İrfan bildirib ki, Çin və Avropa İttifaqı arasında ticarət müharibəsinin qarşısını almaq və gərginliyi azaltmaq üçün tərəflər dialoq, qarşılıqlı güzəştlər və bazar balansının qorunması istiqamətində konkret addımlar atmalıdırlar:

 

 

“Çin xarici işlər nazirinin bəyanatları və Brüssellə aparılan danışıqlar fonunda tərəflərin atmalı olduğu bir sıra əsas addımlar var. Tərəflər iyun ayında əsası qoyulmuş Ticarət və İnvestisiya Şurası çərçivəsində danışıqları intensivləşdirməlidir. Oktyabrın əvvəlinə təyin olunan Pekin görüşündə yalnız bəyanatlarla kifayətlənməyib, konkret sazişlər əldə edilməlidir. Pekinin Almaniya kimi nüfuzlu Aİ üzvləri ilə qurduğu birbaşa təmaslar vasitəsilə İttifaq daxilində qoruyucu deyil, daha rasional və praqmatik yanaşmanın önə çıxmasına şərait yaradılmalıdır”.

 

Politoloq qeyd edib ki, Avropa İttifaqı üçün ən böyük problem Çinlə olan və rekord həddə çatan ticarət kəsiridir: 

 

 

"Pekin Avropa məhsullarının Çin bazarlarına giriş maneələrini, gömrük və digər bürokratik əngəlləri azaltmalı və Avropadan idxalı artırmalıdır. Eyni zamanda, Aİ Çinin dövlət subsidiyaları hesabına ucuz elektrikli avtomobillər və yaşıl enerji texnologiyaları istehsal edib Avropa bazarını doldurmasından narahatdır". 

 

Tural İrfanın sözlərinə görə, Çin rəhbərliyi qlobal bazarda ədalətli rəqabəti təmin etmək üçün istehsal və ixrac həcmlərini tənzimləməyə razı olmalıdır:

 

 

"Çin yaşıl enerji, müdafiə və avtomobil sənayesi üçün həyati əhəmiyyət kəsb edən nadir torpaq metallarının ixracına qoyduğu məhdudiyyətləri yumşaltmalı və Avropa şirkətlərinə tədarük zəmanəti verməlidir. Avropa İttifaqı da öz növbəsində Çinə qarşı tətbiq etdiyi yüksək texnologiyalı məhsulların ixrac nəzarətini və sərt kiber təhlükəsizlik qanunlarını iqtisadi silah kimi istifadə etməkdən çəkinməlidir. Ümumdünya Ticarət Təşkilatının qaydalarına sadiqlik nümayiş etdirilməli, tərəflər bir-birinin rəqəmsal platformalarına qarşı birtərəfli qapadılma təhdidlərindən və əsassız cərimələrdən imtina etməlidir. Belə olduğu təqdirdə siyasi və iqtisadi vəziyyəti tənzimləmək və müəyyən qədər balansı qorumaq olar".

 

 

Nurgün Qənizadə

#çin-ai̇ #gərginliyi: #güzəştlər #azərbaycan #qarşılıqlı
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər