00:00:00
Yazar
Admin User
03.05.2023 15:32 337 1 dəq oxuma
Maraqlı

Çin kosmik gəmisi Marsa qar yağdığının sübutunu tapdı

Çin kosmik gəmisi Marsa qar yağdığının sübutunu tapdı

Çinin kosmik gəmisi Marsa qar yağdığına dair sübutlar tapıb.

 

İnformator.az xarici mediaya istinadən xəbər verir ki, Marsda Çinin Zhurong kosmik gəmisinin məlumatlarını araşdıran elm adamları yaşayış üçün əlverişli mühitlərə işarə edən maye suyun dəlillərini tapıblar.

 

“Science Advances” elmi jurnalında dərc edilən araşdırma təxminən 400 min il əvvələ qədər Marsda qar və ya şaxtanın olduğunu iddia edir.

 

Tapıntılara görə, 1,4 milyon ilə 400 min il əvvəl qum təpələrindəki duzlar qarın aşağı temperaturda əriməsinə səbəb olub. Nəticədə planetin səthində duzlu su peyda olub.

 

Missiyası 3 ay ərzində nəzərdə tutulan kosmik gəmi planetin yerüstü torpağını və atmosferini tədqiq edib. Son zamanlar qış yuxusuna gedən nəqliyyat vasitəsi günəş panellərini toz bürüdüyü üçün hərəkət edə bilmir.

 

Aydan

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər