Çin rəsmisi Hörmüz boğazındakı problemlərə görə ABŞ və İsraili günahlandırıb
Hörmüz boğazındakı problemlərin əsas səbəbi ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarıdır.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bunu Çinin BMT-dəki daimi nümayəndəsi Fu Konq bildirib.
Çinli diplomat BMT Təhlükəsizlik Şurasının İran ətrafındakı vəziyyətlə bağlı iclasında çıxışənda qeyd edib ki, Hörmüz boğazında gəmiçiliyin pozulmasının əsas səbəbi İsrail və ABŞ-ın İrana qarşı həyata keçirdiyi qanunsuz hərbi əməliyyatlardır: "Çin ABŞ və İsraili qanunsuz hərbi əməliyyatlarını dərhal dayandırmağa çağırır".