00:00:00
Yazar
Lalə Qafarova
26.03.2026 20:21 18 1 dəq oxuma
Siyasət

Çin və Azərbaycan parlament rəhbərləri əməkdaşlığı müzakirə edib

Çin və Azərbaycan parlament rəhbərləri əməkdaşlığı müzakirə edib

Milli Məclisin sədri Sahibə Qafarova Çinə səfəri çərçivəsində Ümumçin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin sədri Cao Lıci ilə görüşüb.


Mövzu ilə bağlı politoloq Məhəmməd Əsədullazadə “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycanla Çin arasında strateji tərəfdaşlıq müqaviləsi var. Tərəflər siyasi, iqtisadi, hərbi-texniki və təhlükəsizlik sahələrində əməkdaşlıq edir. O qeyd edib ki, Çin Azərbaycanın strateji tərəfdaşlarından biridir və bu istiqamətdə əməkdaşlıq davam edir.


O əlavə edib:


"Qarşılıqlı səfərlər mühüm əhəmiyyət daşıyır. Prezidentin Çinə səfəri və hazırda parlament sədrinin səfəri çərçivəsində bir çox məsələlər müzakirə olunur. Qarşılıqlı etimadın inkişafı üçün dialoqun qurulması vacibdir. Azərbaycanla Çin arasında strateji tərəfdaşlıq ölkəmizin Cənubi Qafqazda mövqeyini gücləndirir və qlobal mövqeyinə müsbət təsir göstərir.
Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının tədbirlərində iştirak edir və bu, Çinin Azərbaycana verdiyi dəstəyin nəticəsidir. Bu da Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir.
Bundan əlavə, iki ölkə arasında nəqliyyat və iqtisadi sahələrdə əməkdaşlıq var. Çin hər zaman Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib. Azərbaycan da “Vahid Çin” siyasətini dəstəkləyir. Bu qarşılıqlı dəstək iki ölkə arasında əlaqələri möhkəmləndirir və Azərbaycanın diplomatik mövqeyini gücləndirir.
Çin BMT və digər beynəlxalq təşkilatlarda da Azərbaycanın mövqeyini dəstəkləyib".

 

Reyhan Quliyeva

 

#müzakirə #yeni #rəhbərləri #azərbaycan #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər