00:00:00
Yazar
Admin User
30.01.2024 18:40 435 1 dəq oxuma
Siyasət

Çinin Sədri Azərbaycanın Çindəki yeni səfirinin etimadnaməsini qəbul edib

Çinin Sədri Azərbaycanın Çindəki yeni səfirinin etimadnaməsini qəbul edib

Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycanın Çinə yeni təyin olunan səfiri Bünyad Hüseynovun etimadnaməsini qəbul edib.

 

İnformator.az  xəbər verir ki, səfir etimadnaməsini Si Cinpinə təqdim edib.

 

Səfir Bünyad Hüseynov Azərbaycan-Çin münasibətlərinin inkişaf etdirilməsi ilə bağlı fikirlərini dövlət başçısına çatdırıb.

 

Sədr  iki ölkə arasında dostluq münasibətlərinin uzun illərdir ki, müxtəlif sahələri əhatə etdiyini vurğulayaraq bütün istiqamətlərdə yaxşı nəticələrin əldə olunduğunu bildirib, qarşıdan gələn illərdə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanların mövcudluğunu diqqətə çatdırıb. O, ənənəvi sahələrdən başqa əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsinin zəruriliyini qeyd edib.

 

 Əli Rizvan

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər