00:00:00
Yazar
Nərmin Həşimova
15.05.2026 21:19 29 2 dəq oxuma
Siyasət

“Çinlə Amerika İranla bağlı iki mühüm məsələdə prinsipial anlaşmaya gəliblər”- Politoloqdan AÇIQLAMA

“Çinlə Amerika İranla bağlı iki mühüm məsələdə prinsipial anlaşmaya gəliblər”- Politoloqdan AÇIQLAMA

ABŞ Prezidenti Donald Tramp ilə Çin Xalq Respublikasının Sədri Si Szinpin arasında İran məsələsi ilə bağlı aparılan müzakirələr beynəlxalq siyasətdə diqqət mərkəzinə çevrilib. Trampın açıqlamalarına əsasən, Çin İranla razılaşmanın əldə olunmasında maraqlıdır və bu istiqamətdə vasitəçilik etməyə hazır olduğunu bildirib.


Mövzu ilə bağlı politoloq Oqtay Qasımov “İnformator.az”a açıqlamasında bildirib ki, Donald Trampın Çin səfəri ilə bağlı yayılan məlumatlardan aydın olur ki, müzakirə olunan əsas mövzulardan biri İran məsələsi olub:


“İranda baş verən proseslər Çinin də diqqət mərkəzindədir. Çinlə Amerika İranla bağlı iki mühüm məsələdə prinsipial anlaşmaya gəliblər. Bunlardan birincisi, İranın nüvə silahına malik olmaması məsələsidir. Yayılan məlumatlara görə, tərəflər bu mövzuda ortaq mövqedən çıxış edirlər. İkinci əsas məsələ Hörmüz boğazında sərbəst gəmiçiliyin təmin olunmasıdır. Hörmüz boğazında hansısa ölkənin özbaşına tariflər tətbiq etməsi, gəmilərin giriş-çıxışını məhdudlaşdırması və onlardan ödəniş tələb etməsi qəbuledilməz hesab olunur. Bu baxımdan sərbəst gəmiçilik və hərəkətin təmin olunması məsələsində tərəflərin mövqeləri arasında ciddi fərqlər yoxdur”.


Politoloq qeyd edib ki, Donald Tramp açıqlamalarında bəzi məsələləri daha pozitiv və yumşaq formada təqdim edə bilər, ancaq görünən odur ki, tərəflərin İran məsələsi ilə bağlı müəyyən anlaşması mövcuddur:


“Burada düşünmürəm ki, Çin İranla bağlı mövqeyindən geri çəkilsin və İranın tam şəkildə Amerikanın nəzarətində olmasını istəsin. Bu, heç bir halda Çinin maraqlarına uyğun deyil. Xüsusilə, nüvə proqramı və Hörmüz boğazı ilə bağlı qeyd etdiyimiz məsələlərdə Çinin mövqeyi Amerikanın mövqeyinə yaxındır. Çin hesab edir ki, İran dinc nüvə proqramını inkişaf etdirə bilər, lakin nüvə silahı əldə etməməlidir. Hörmüz boğazı ilə bağlı Çin sərbəst ticarəti, sərbəst gəmiçiliyi və hərəkət azadlığını dəstəkləyir. Ola bilsin ki, Donald Tramp da məhz bu məqamları nəzərdə tutaraq belə açıqlama verib”.


Mehriban Yariyeva

#ABŞ #Çin #görüş #müzakirə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər