00:00:00
Yazar
Lalə Qafarova
24.04.2026 20:15 45 1 dəq oxuma
Texnologiya

Çinli süni intellekt şirkəti DeepSeek yeni modelini təqdim edib

Çinli süni intellekt şirkəti DeepSeek yeni modelini təqdim edib

 

Çinli texnologiya startapı DeepSeek, OpenAI və Google kimi nəhənglərə rəqib ola biləcək yeni süni intellekt modeli V4-ü təqdim edib. İstifadəçi əvəzinə kod yaza bilən və daha mürəkkəb əməliyyatları həll edə bilən bu model, Amerika çiplərinə ehtiyac duymadan işləməsi ilə diqqət çəkir.


Hangzhou şəhərində yerləşən DeepSeek, süni intellekt dünyasında səs-küy yaradan V4 modelini bazara çıxarıb. Yeni model istifadəçinin yerinə avtonom qərarlar qəbul edə bilmək və mürəkkəb kodları sürətlə yazmaq kimi xüsusiyyətlərlə təchiz olunub. Əvvəlki modellə müqayisədə daha çox məlumatı emal edə bilən V4, süni intellektin əmrləri anlama qabiliyyətini əhəmiyyətli dərəcədə artırır.

V4-ün ən diqqətçəkən tərəflərindən biri isə ABŞ sanksiyalarından təsirlənməməsidir. DeepSeek bu modelin yüksək hesablama gücünü təmin etmək üçün Huawei ilə əməkdaşlıq edib. Nvidia kimi Amerika şirkətlərinin çiplərinə güvənmək əvəzinə, Çin istehsalı çiplərlə işləyən sistem ölkənin texnologiya sahəsində xarici asılılığını azaltmağı hədəfləyir.

 

Açıq mənbə kodlu süni intellekt modelləri arasında önə çıxan V4, hər kəs üçün əlçatan olması ilə geniş istifadəçi kütləsinə çatmağı planlaşdırır. Lakin şirkətin sürətli yüksəlişi mübahisələri də özü ilə gətirib. ABŞ-li rəqiblər DeepSeek-i öz modellərindən məlumatları qanunsuz yollarla kopyalamaqda ittiham edir. İki super güc arasında texnologiya rəqabəti V4-ün təqdimatı ilə daha da güclənib.


TRT HABER 
Reyhan Qulizadə

#texnologiya #ai #deepseek #Çin
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər