00:00:00
Yazar
Admin User
05.02.2026 19:14 73 2 dəq oxuma
Sosial

Cizgi filmlər uşağın danışığını sürətləndirirmi, yoxsa zəiflədir?

Cizgi filmlər uşağın danışığını sürətləndirirmi, yoxsa zəiflədir?

Bu gün bir çox valideyn uşağın danışmağa başlamasını gözləyərkən onu cizgi filmləri ilə məşğul edir. Bəziləri düşünür ki, cizgi filmləri söz ehtiyatını artırır, digərləri isə bunun əksinə inanır. Loqopedlər bildirir ki, ekran qarşısında keçirilən vaxt uşağın nitq inkişafına birbaşa təsir göstərir. Bəs həqiqət haradadır?

 

Mövzu ilə bağlı "İnformator.az"a danışan loqoped Nərmin Vəli qızı bildirib ki, onlar hər zaman valideynlərə deyirlər ki, uşaq elektronikadan, telefondan, televizordan asılı olmasın:

 

"Amma cizgi filmlərinə gəldikdə, indiki zamanda uşaqlar daha çox ingilis dilli, türk dilli, rus dilli cizgi filmlərinə baxırlar və bu, uşaqların nitqinə əlbəttə ki, mənfi təsir göstərir. Çünki ikidillilik, üçdillilik olanda artıq uşağın periferik nitq aparatı bunu qəbul edə bilmir. İstisnalar var ki, bunu qəbul edən uşaqlar da olur, onların nitq ləngiməsi olmur. Amma nitq ləngiməsi olan uşaqlara bu, mənfi təsir göstərir. Lakin biz valideynlərə məsləhət görürük ki, gün ərzində 1-1,5 saat baxsınlar. Azərbaycan dilli cizgi filmlərinə baxsınlar, çünki orada eşitdikləri sözlər nitqlərinə müsbət təsir göstərə bilər. Yalnız bu şəkildə kömək ola bilər ki, öz ana dilində olan cizgi filmlərinə baxsınlar. Amma saatı artıq olmamaq şərti ilə. Çünki saatlarla asılı qaldıqda uşaq heç kəslə ünsiyyətə girmir, əlaqə qurmur, dialoq yaratmır və bu səbəbdən onların nitqinə mənfi təsir göstərir.

 

Normalda cizgi filmləri uşaqlara mənfi təsir göstərir, lakin öz ana dilində olan cizgi filmlərimiz az da olsa, müsbət təsir göstərə bilər. Öz lüğət ehtiyatımızdan istifadə olunur, öz sözlərimizdən danışılır, uşaq bu cizgi filmlərdən sözlər götürüb deyə bilər. Xarici dilli cizgi filmləri isə mənfi təsir göstərir. Çünki öz dilində danışmağa başlamayan uşaq üçün bu çox mənfidir. Saatlarla qarşısında oturub baxması isə daha da mənfidir".

 

Gövhər Mehyəddinova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər