00:00:00
Yazar
Admin User
29.01.2026 19:27 71 1 dəq oxuma
Sosial

Cənubi Muğan kanalına suyun verilişi dayandırılıb

Cənubi Muğan kanalına suyun verilişi dayandırılıb

Cənubi Muğan kanalına suyun verilməsi müvəqqəti olaraq dayandırılıb.

 

"İnformator.az"ın "Report"a istinadən məlumatına görə, buna səbəb Bəhramtəpə Hidroqovşağında aparılan təmir-bərpa işləridir.

 

Kanala suyun verilişinin 10–12 gün müddətində bərpa olunacağı gözlənilir.

 

Qeyd edək ki, Cənubi Muğan kanalı 1960-cı ildə istismara verilib. Uzunluğu 65 kilometr olan kanal İmişli, Biləsuvar və Cəlilabad rayonlarında istifadə olunur.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər